Məhkəmə qərarları › İş №3(051)-674/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-674/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-674/2020 06.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclasının katibi X2 və xx xxx 1956-cı ildə Kəlbəcər rayonu Şurtan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 332.1, 469.3, 332.2, 346,1 və 332.4-cü maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i: Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, AP№ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:40 radələrində «VAZ 2121» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhər Puşkin küçəsində sürücülük hüququ olmadan texniki baxışdan və sığortadan keçmədən dayanma qaydasını pozaraq X1 idarə etdiyi “VAZ21120” minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vurub əzməklə yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, sürücülük hüququ yoxdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 13:40 radələrində «VAZ 2121» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhər Puşkin küçəsində sürücülük hüququ olmadan texniki baxışdan və sığortadan keçmədən dayanma qaydasını pozaraq X1 idarə etdiyi “VAZ21120” minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vurub əzməklə yol nəqliyyat hadisəsi törətmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, K.Adgözəlovun əməlində Azərbaycan Respublikası İXM-nin 339.1, 332.1, 469.3, 332.2, 346,1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddələr ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1, 332.1, 469.3, 332.2, 346,1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakmi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar