Məhkəmə qərarları › İş №3(051)-675/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-675/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-675/2021 16.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı 11.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 11.08.2021-ci il tarixdə, saat 12:44 radələrində idarə etdiyi “VAZ 21154” markalı 90NC034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Mingəçevir şəhəri H.Əliyev prospektində H.Əliyev müzeyinin qarşısında yüksək surətlə bir neçə dəfə manevr edərək ictimai qaydanı nümayişkəranə şəkildə pozaraq avtomaşının əyləcindən istifadə etməklə davamlı olaraq sağ-sol etməklə avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında bildirdi ki, “VAZ 21154” markalı 90NC034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. 11.08.2021-ci il tarixdə, saat 12:40 radələrində idarə etdiyi “VAZ 21154” markalı 90NC034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman idarə etməni itirmiş, bir neçə dəfə manevr etmiş və ictimai qaydanı pozaraq avtomaşının əyləcindən istifadə etməklə sağ-sol hərəkətləri etmişdir. Əməlindən peşimandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirid ki, Mingəçevir şəhər PŞ-nin PPXBnin polis nəfəri işləyir. 11.08.2021-ci il tarixdə saat 12:40 radələrində H.Əliyev prospektində xidmətdə olan zaman “VAZ 21154” markalı 90NC034 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü H.Əliyev prospektində H.Əliyev muzeyinin qarşısında yolhərəkət qaydalarını davamlı olaraq pozmaqla əl əyləncindən istifadə edərək nəqliyyat vasitəsini fırladaraq avtoxuliqanlıq etməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkarənə şəkildə pozduğunu gördü. Dərhal həmin əraziyə YPX əməkdaşları cağırldı və sürücü ŞPŞ-nə dəvət olundu. Polis şöbəsində məlum oldu ki, həmin şəxs Mingəçevir şəhər sakini Şəxsdur. Digər şahid Mingəçevir şəhər PŞ-nin DYPB YPX—nin inspektoru X4 oğlu da məhkəmə uclasında şahid F.Əliyevin izahatına uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır və həmin maddələri ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar