Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-676/2020 04.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və X1 iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Ağdam rayonun Seyidli kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 45 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə X4 məxsus olan “Xiaomi Redmi S2” markalı mobil telefonu gizli yolla talayıb oğurlamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə X4 məxsus olan “Xiaomi Redmi S2” markalı mobil telefonu oğurlamışdır. Hadisə nəticəsində zərər çəkmişə dəymiş zərərin əvəzini tam ödəmişdir. Səhvini başa düşmüş vəəməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə ona məxsus olan “Xiaomi Redmi S2”markalı mobil telefonu oğurlamışdır. Hazırda Şəxs ona dəymiş zərəri ödəməmiş və onun barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, həmin tarixdəŞəxs ona məxsus olan “Xiaomi Redmi S2” markalı mobil telefonu oğurladığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə alınmışƏQ-107/2020 nömrəli mütəxəssis rəyinə əsasən işlənmiş vəziyyətdə “Xiaomi Redmi S2” markalı mobil telefonu real bazar qiyməti 90 manatdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə X4 məxsus olan “Xiaomi Redmi S2” markalı mobil telefonu oğurlamışdır. Təhqiqatçının xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, X4 məxsus olan “Xiaomi Redmi S2” markalı mobil telefonu gizli yolla talayıb oğurlamışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta xx xxxx 2020-ci il tarixdə törədilmişdir. Buradan da aydın olur ki, inzibati xəta haqqında protokol tərtib edən polis sahə rəisi protokolu qanunla müəyyən edilmiş müddətdə tərtib etməmiş, protokolun tərtib olunmasıüçün buraxılmış müddəti formal və hüquqi qüvvəsi olmayan qərarda əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 38, 40 , 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-676/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-676/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver