Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-676/2021 06.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, X1 DİN BDYPİ-nin “İnzibati tənbeh vermə haqqında” EQ ******* №li 16.07.2021-ci il tarixli qərarından şikayətinə baxaraq Müəyyən e t d i m: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik- leytenant Elçin Xasıyevin “İnzibati tənbeh vermə haqqında” EQ ******* №li 16.07.2021ci il tarixli qərarı ilə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan R.İslamov məhkəməyə şikayət vermişdir. Barəsində qərar qəbul edilmiş X2 məhkəmə iclasında şikayətini əsaslı hesab edərək izahatında bildirdi ki, **-BL-*** dövlət qeydiyyat nişanlı “Opel VECTRA” markalı avtomaşını idarə edir. 16.07.2021-ci il tarixdə axşam saatlarında ona “Asan Pay” portalı vasitəsi ilə SMS gəldi ki, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 121-ci kilometrliyində İXM-nin 328.2-ci maddəsinin tələblərini pozmaqla 50 manat cərimə və 2 bal inzibatı məsuliyyətə cəlb olunmuşdur. Bundan dərhal sonra o, elə “Asan Pay” portalında yerləşdirilmiş şəkillərə baxdı, gördü ki, əlavə edilən şəkillərdə onun maşın nömrəsi, markası aydın müəyyən edilmir. Ancaq şəkillərdən birində onun avtomaşının nömrəsi, markası görünür, lakin şəklin tarixi, saatı yoxdur. O, həmin vaxtlarda Hacıqabul rayonu ərazisində olmamışdır. O, bundan sonra “Asan Pay” portalı vasitəsi ilə rəsmi şikayət etdi ki, qayda pozuntusuna görə video-görüntü, yaxud onun nəqliyyat vasitəsini açıqaşkar müəyyən edən şəkillər ona göndərilsin. Əgər, həqiqətən, belə görüntü və şəkillər varsa o, mübahisə etmədən cəriməni ödəyəcəkdir. Lakin “Asan pay” portalından heç bir cavab gəlmədi. Dəfələrlə portalın əməkdaşları ilə telefon əlaqəsi saxlasa da, heç bir nəticə əldə edə bilmədi. Bundan sonra DİN-ə, Baş Dövlət Yol Polisi idarəsinin rəisinə müraciət etdi. Ona məsələni araşdırıb cavab veriləcəyi bildirilsə də, lakin heç bir rəsmi cavab verilmədi. Bundan sonra məhkəməyə müraciət etməyə məcbur oldu. Onu da bildirir ki, 16.07.2021-ci il tarixli həmin qərar bu vaxta qədər rəsmi olaraq ona təqdim edilməmişdir. Hesab edir ki, onun barəsində qəbul edilmiş EQ7128371 №li 16.07.2021ci il tarixli qərar əsassız və qanunsuzdur. Ona görə də həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə bildiriş göndərilərək qərarından şikayət verilmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis-polkovnik-leytenantı Elçin Xasıyevin məhkəmə iclasında iştirakının təmin olunması, eləcə də inzibati materialın məhkəməyə təqdim edilməsi bildirilsə də, E.Xasıyevin məhkəmə iclasında iştirakı təmin olunmamış, ya da inzibati material məhkəməyə təqdim edilməmişdi. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, qərar ləğv edilib, səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən dəfələrlə məktub göndərilsə də, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş, inzibati xəta haqqında protokol, inzibati material DİN BDYPİ tərəfindən məhkəməyə göndərilməmişdir. Ona görə də qərarın qəbul edilməsi üçün əsas olan inzibati xəta haqqında protokolun, digər sübutların olması müəyyən edilmir. Odur ki, işin tam, obyektiv araşdırılması mümkün deyil. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik- leytenant Elçin Xasıyevin “İnzibati tənbeh vermə haqqında” EQ ******* №li 16.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenant Elçin Xasıyevin “İnzibati tənbeh vermə haqqında” EQ ******* №li 16.07.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-676/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-676/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver