Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-676/2025 26.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-cimaddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində etdiyi müraciətlə bağlı izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və izahatı alınarkən sərxoşluğu yoxlanılmış, narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmədi və izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə olan Tecno 10C markalı telefonun itirilməsi ilə bağlı olan materialla əlaqədar qeyd edilən telefonun oğurlanmasında onu şübhəli bilmişlər və xx.xx.2025-ci il tarixdə, Mingəçevir şəhəri Vidadi küçəsi, “Bizim” marketin qarşısında saxlanılaraq ŞPŞ-yə dəvət olunmuş, lakin dəvət olunan zaman özünü təqsirli bilmədiyi üçün Polis Şöbəsinə getməkdən imtina etdiyi üçün məcburi qaydada ŞPŞ-yə aparılmışdır. Orada ondan tibbi müayinə götürülmüş və ondan narkotik sərxoşluğu çıxmışdır. Sonradan onu Gəncə şəhərinə ekspertizaya aparmışlar. Orada ondan heç bir analiz götürülməmiş, yalnız bir neçə sual verilmiş, o da cavab vermişdir. O, heç vaxt narkotik vasitənin aludəçisi olmamışdır. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə olan Tecno 10C markalı telefonun itirilməsi ilə bağlı olan materialla əlaqədar qeyd edilən telefonun oğurlanmasında şübhəli bilinən Şəxs xx.xx.2025-ci il tarixdə, Mingəçevir şəhəri Vidadi küçəsi, “Bizim” marketin qarşısında saxlanılaraq ŞPŞ-yə dəvət olunmuşdur, lakin dəvət olunan zaman kobud formada tabesizlik göstərmiş məcburi qaydada ŞPŞ-yə gətirilmişdir. Onlar Şəxs hüquq və vəzifələrini izah etməyə çalışsalar da, o qərəzli şəkildə öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Onda sonra polis şöbəsində özünü qeyri-normal aparmış və istifadəsində olan telefonu xidməti otaqda yerləşən dəmir seyfə çırparaq sındırmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X3 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində etdiyi müraciətlə bağlı izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və izahatı alınarkən sərxoşluğu yoxlanılmış, narkotik vasitənin təsirində olması müəyyən olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 sentyabr 2025–ci il tarixdə saat 12:10-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 1213 saylı protokoldan görünür ki, Şəxs marixuana və metamfetamindən istifadə etdiyi aşkar edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1533 saylı rəyindən görünür ki, Əliyev X1 maddə olan metamfetamindən narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində vətəndaş müraciəti əsasında izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla və qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206–cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1 və 206-cı maddələrinin tərkibi vardır və o, həmin maddələr üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllnin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, ekspert rəyinə əsasən Şəxs narkomaniyadan müalicəyə ehtiyacı olmadığına görə o, narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 25 sentyabr 2025–ci il tarixdən saat 12:10-dan hesablansın. Əliyev X2 dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-676/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-676/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver