Məhkəmə qərarları › İş №3(051)-677/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-677/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-677/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X4 və tələbkar X1 iştirakı ilə, xx xxxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 3164 manat mənəvi zərər üçün 2000 manat pul tutularaq X5 oğluna ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən ondan müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 3164 manat mənəvi zərər üçün 2000 manat pul tutularaq X5 oğluna ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda maddi imkanı olmadığı üçün borcu tam bir dəfəyə ödəyə bilmir. Maddi imkanı olan kimi borcunu hissə-hissə ödəyəcək. Buna görə də barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X4 izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 3164 manat mənəvi zərər üçün 2000 manat pul tutularaq X5 oğluna ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Şəxs borcundan ödəniş etmişdir. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Məhkəmə iclasında tələbkar X3 oğlu verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs müalicə xərcləri üçün çəkilən maddi xərclər üçün 3164 manat mənəvi zərər üçün 2000 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Şəxs qətnamə ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs qətnamə çıxdaıqdan sonra demək olar ki, ödəniş etməmiş yalnız müddət uzatmaqla borcunu ödəməkdən yayınmağa çalışır. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməməsi göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, əvvəllərdə eyni maddə ilə inzibati həbs olunmasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar