Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-677/2025 27.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Çinar restoranının qarşısında saxlanılarkən polisin qanuni tələblərinə əməl etməyərək səs-küy salaraq ictimai qaydanı pozması göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2025-ci il tarixdə şəhərin Təbriz küçəsində yerləşən Çinar restoranının qarşısında saat 11:40 radələrində, polis əməkdaşları onun idarə etdiyi **-BU- *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtomaşını saxlamış və orada özü üçün ovladığı balıqları görərək, onu Polis Şöbəsinə dəvət etmişlər. O da həmin balıqlar xarab olmasın deyə evə aparıb, daha sonra PŞ-nə qayıdacağını bildirsə də, polis əməkdaşları buna razı olmamışlar. Avtomobili idarə edərək, balıqları evinə aparmış və sonradan Polis Şöbəsinə gətirilmişdir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri X1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə şəhərin Təbriz küçəsində yerləşən Çinar restoranının qarşısında saat 11:40 radələrində, Şəxs qanunsuz balıq ovu və satışı ilə məşğul olduğu məlumatının hüquqi əsası olub olmadığını müəyən etmək məqsədi ilə onun idarə etdiyi **-BU-*** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtomaşının saxlamış və Şəxs iştirakı ilə yük yerinə baxış keçirən zaman fakt aşkar olunmuş maddi sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən şəxsin izahatının alınması və araşdırılma aparılması üçün Mingəçevir ŞPŞ-nə dəvət olunan zaman, şəxs məsuliyyətdən yayınmaq üçün onlarla mübahisə etməyə, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmağa başladı, dəfələrlə onu nizam-intizama dəvət etsələr belə şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirdi və avtomaşını üzərilərinə sürərək qeyd olunan ərazidən uzaqlaşmışdır. Sonradan 20 Yanvar küçəsi “Real şop” mağazasının qarşısında Şəxs yeri müəyyən olunaraq qanuni tədbir görülməsi üçün Mingəçevir şəhər polis şöbəsinə gətirildi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səs-küy salaraq ictimai qaydanı pozaraq AR İXM-in 510-cu maddəsinin tələblərini pozması, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-in 535.1-ci maddəsinin tələblərini pozması, işdə olan materiallarla öz təsdiqini tapmamışdır. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin məhz İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli olunması sübut olunmadığından, inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsi Şəxs tərəfindən törədilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 114 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-677/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-677/2025
27.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver