Məhkəmə qərarları › İş №3(051)-678/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-678/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-678/2020 20.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X3 Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajor Vüsal Əsgərov, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Mingəçevir şəhər prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə göndərilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: “xxxx” MMC-də briqadir vəzifəsində işləyən, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan MMC-də fəhlə işləyən X2 yıxılaraq sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə Şəxs barədə Mingəçevir şəhər prokuroru tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajor Vüsal Əsgərov məhkəmə iclasında bildirdi ki, xx xxxxxx 2020-ciil tarixdə Mingəçevir şəhər PŞ-dən prokurorluğa şəhərin N.B.Vəzirovun küçəsi 3№ li evin 50 №li mənzilində yaşayan X5 oğlunun xx xxxx 2020-ci il tarixdə iş qəzası nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, “xxxx” MMC-də məsul şəxs olan və briqadır vəzifəsində işləyən Şəxs tərəfindən qaydaların pozulması səbəbindən fəhlə işləyən X4 yıxılaraq sağlamlığına az ağır zərər vurulmuşdur. Ona görə də A. Niftalıyev barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Niftalıyev Azər Arif oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “xxxx” MMC-də briqadir vəzifəsində işləyir. Texnik təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsinə nəzarət ona həvalə edilmişdir. “xxxx” MMC-nin direktor vəzifəsinin icra edən Kənan adlı şəxs ona İES-nin daxilində olan yarımçıq boruların rənglənməsi göstərişi vermişdir. xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində o, həmin borulara baxış keçirmək üçün zavoda getdi. X1 hündürlüyü 3 metr olan dəmir konstruksiyalı ayaqaltı vasitəsilə 5-ci blok adlanan yerdə T-05 adlı elektrik şitinə daxil olan böyük şinləri rəngləyirdi. Şinlər yerdən 4 metr hündürlüklə yerləşir. Fəxri İsmayılov şini rənglədiyi zaman bir anda ayaqaltı aşdı. Nəticədə Fəxri yıxıldı. O, Fəxrini həkimə apardı. Əməlindən peşimandır. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 559 №li rəyində göstərilir ki, İsmayılov Fəxri Rüstəm oğlunun məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-alt çənə sümüyünün və sol diz qapağı sümüyünün qapalı sınıqlar, alt çənənin böyük sahədə yarası, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşə əlavə olunmuş əmək təhlükəsizliyinin tədqiqi üzrə 10/2375 №li xx xxxxxxxx 2020-ci il tarixli ekspertiza rəyində göstərilir ki, “xxxx”MMC-nin tərkibində olan 5-ci blokda yerləşən T-05 adlı elektrik şitinə daxil olan 4 mert hündürlükdə yerləşən boruları rənglənməsi üçün istifadə olunan dəmir konstruksiyalardan hazırlanmış ayaqstının dayanıqlı və etibarlı şəkildə quraşdırılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2.7 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.27.3, 5.27.4 bəndlərinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş biriqadir Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Niftalıyev Azər Arif oğlunun əməlindən peşiman olması, himayəsində iki nəfər azyaşlı uşaqları olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar