Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-679/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Şəxs vəkili X6 iştirakı ilə, 12 fevral 1974-cü ildə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri X10 küçəsi ev 25 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs 16 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda Səlimə Rəsulova ilə şəxsi münasibətlər zəminində mübahisə edib ona qəsdən fiziki ağır zərbə yetirməklə döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Rəsulova Səlimə onun qardaşı arvadıdır. X11 və qardaşı Yaşar Rəsulov mərhum atasınaməxsus olan ünvan 2 ünvanda yaşayırlar. Həmin evdə vaxtilə özü övladı ilə bilrikdə yaşamışlar. Sonuncu dəfə 16 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları ünvan 2 ünvanda aralarında mübahisə yaranmışdır. 2021 -ci ilin fevral ayının 16-da həmin evə gəlib qalmağa başladığını həmin gün saat 18 radələrində ümumi istifadədə olan otaqda telefonla danışan zaman Səlimə Rəsulova ona otaqdan çıxmasını, otağı bağlayıb gedəcəklərini dedi. O isə evin ata mülkü olduğunu, evin hansı otağından istəsə istifadə edə biləcəyini dedikdə Səlimə Rəsulova onun atası Sərkərin qəbrini təhqir etdi. Buna görə də Səlimə Rəsulovanın üzərinə gedib onun saçından tutdu. Səlimə Rəsulova da onun saçından tutdu. Lakin həmin hadisə fevral ayında baş vermişdir. Hadisədən uzun müddət yəni 3 ay vaxt keçmişdir. Hesab edirik iş üzrə icraata xitam verilməlidir. Şəxs vəkili X7 Şəxs izahatına uyğun izahat verərək deyilənləri təsdiqlədi. X1 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X5 16 fevral 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, 16 fevral 2021-ci il tarixdə Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. S.Rəsulovanın üzərində xəsarətlərin olub olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs 16 fevral 2021 tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda qardaşı arvadı X4 fiziki ağrı yetirərək zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və vəkilin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs 16 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda qardaşı arvadı X5 ilə şəxsi münasibətlər zəminində mübahisə edib ona fiziki ağrı yetirməklə döymüşdür. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işi başlanmasının rədd edilməsi və ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. X2 Şəxs tərədindən döyülməsi barədə toplanmış material üzrə protokol tərtib edilərək məhkəməyə vaxtında göndərilməmiş qanunvericiliyə zidd olaraq protokol müddət ötürüldükdən sonra tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Beləliklə qanunla nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-679/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-679/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver