Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-679/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-cu ildə auditini aparmamışdır. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1.4, 100.1.7, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. İlk növbədə inzibati xəta haqqında protokolun qaytarılmasına səbəb olaraq məhkəmə əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 446-cı maddəsinin tərkib hissəsi yaranması üçün ilkin olraq həmin inzibati xətanın subyekti aradırıldmalı və müəyyən edilməlidir. Həmin maddənin subyeti məcburi auditdən yayınan sahibkarlık fəaliyyəti ilə məşğul olan komersiya təşkilatlarıdır. Mülki qanunvericil tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmək komersiya təşkilatlarının vəzifəsidir. Lakin qanunvericlik bu vəzifədən mikro və kiçik sahibkarlıq subyektlərini i stisna edir. Belə ki, Azərbaycan Respublikası MM-nini 91.4-cü maddəsçinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. İnzibati protokolun məhkəmədə baxılması zamanı "xxxx" MMC-i tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsnin məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin işçi sayı 10 nəfərdən çox olduğu üçün Nazirlər Kobinetinin «Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları» nın təsdiq edilməsi haqqında xx.xx.2018-ci il tarixli 556 nömrəli qərarına əsasən "xxxx" MMC-i «kiçik sahibkar» subyekti kotiqoriyasına aid edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin protokolda göstərilməsi zəruri hesab edilmişdir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətinin protokolda göstərilməsi zəruri hesab edilmişdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar da qeyd edilməmişdir. Qanunvericiliyin bu tələblərinə görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola və iş materiallarına barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs haqqında məlumatın əlavə edilməməsi, inzibati xəta haqqında protokolda xətanın törədildiyi il (2021-ci il) göstərilsə də xətanın hansı vaxtda, yəni konkret olaraq hansı ay və gündə törədilməsinin göstərilməməsi, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə onun hüquq və vəzifələrinin izah edilməməsi, inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməməsi, protokolun inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmaması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə qeydin aparılmaması həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-679/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-679/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver