Məhkəmə qərarları › İş №3(051)-679/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-679/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-679/2023 21.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən PAO “Siloviye Maşını” arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1084.56 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC-nin nümayəndəsi X3 etirazına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əmaliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı g/x-i mayoru X4 00100-02026/23 nömrəli protokol tərtib etmiş və həmin protokol nəticəsində Bakı Baş Gömrük İdarəsinin rəisi müavini ,gömrük xidməti polkovniki X2 tərəfindən xx.xx.2023-cü il tarixində 00100/01824 nömrəli Qərardad qəbul edilmişdir.Həmin qəraradada əsəsən “X10 Stansiyalari Silsiləsi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi subuta yetirildiyini göstərir. Hesab edir ki, xx.xx.2023-cü il tarixində 00100-02026/23 nömrəli protokol əsassızdır, o təmin edilə bilməz. Belə ki, X10 Stansiyalari Silsiləsi MMC hec bir inzibati xətta torətməmişdir. xx.xx.2019-cu il tarixində “X11 Stansiyalari Silsiləsi” MMC Sankt Peterburda yerləşən PAO “Şiloviye maşin” zavodu ilə müqavilə bağlayaraq müəsissəyə ehtiyaç olan bəzi ehtiyat hissələrini nümunə kimi geri qaytarılmamaq məqsədi ilə əvəsiz olaraq həmin zavoda göndərilmişdir.Göndərilən ehtiyat hissə nümunə kimi göndərildiyi üçün onun dəyəri ödənilməli deyildi.Göndərilən ehtiyyat hissələr həmin tarixdə güvvədə olan ”Gömrük bəyanəməsinin doldurulma Metotikasına" sərəncama uyğun olaraq xx.xx.2019-cü il tarixli **********3811 nömrəli Gömrük bəyanəməsində tərtib edilmişdir.Bu Gömrük bəyanəməsində göndərilən ehtiyat hissə 003 kodu il qeyd edilmişd . xx.xx.2019-cü il tarixli **********3811 nömrəli Gömrük bəyanəməsində tərtib edilən vaxt 003 kodu onu göstərir ki,göndərilən malın dəyəri ödənilmədikdə bu kod qeyd edilrdi.xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev 1000/235 saylı yeni sərəncam imzalamışdır.Həmin sərəncama əsasən qüvədə olan ”Gömrük bəyanəməsinin doldurulma Metotikasına"-da dəyişikliklər edilmişdi. xx.xx.2020-ci il 1000/235 saylı yeni sərəncamda 003 kodu dəiyişilərək konsiqrasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə şatışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə (ixrac olunmuş mallar satılmadıqda ölkəyə geri gətirildiyi hallar istisna olmaqla) qeyd edilmişdir.003 kodu sərəncamda köhnə və təzə redaksiyada acık şəkildə verilmişdir. Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi təzə sərəncama əsaslanaraq “X10 Stansiyalari Silsiləsi” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zən etmişdir. Bundan əlavə olaraq Bakı Baş Gömrük idarəsin və Təhqiqiat idarəsinin təhqqiqat şöbəsində "xxxx" ASC “X10 Stansiyalari Silsiləsi “MMC barəsində konsiqansiya yolu ilə ixrac olunan malların müqabilində xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə 3-33-/3-1- 020783/2023 nömrəli material üzrə aparılan araşdırma ilə bağlı izahat vermək üçün Bakı Baş gömrük İdarəsin Əməlliyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə çağrılmağımız üçün xx.xx.2023-cü il tarixində 3-33-1100/2-007517/2023-nömrəli məktub göndərilmişdir.Göndərilən məktub Mingəşevir X7 Silsiləsi MMC –yə xx.xx.2023-cü il tarixində catmış və həmin tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və Təhqiqiat İdarəsinin Təhqiqat şöbəsində isə göndərilən məktubun bizə catıb-catmaması haqqında hec bir məlumat almadan xx.xx.2023-cü il tarində 00100-02026/23 saylı əsasız olaraq protokol tərtib edilmişdi və həmin tarixdə xx.xx.2023-cü il tarixində 00100/01824 saylı əsasız qərardad qəbul edilmişdir. Ona görə də məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100-02026/23 saylı protokol əsassız olduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə olunmuş 10 avqust 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən PAO “Siloviye Maşını” arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1084.56 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərə baxış keçirilməsi haqqında 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs AZ 4500 ünvan 3 ünvanında qeydiyyatda “AZƏRENERJİ ASC MİNGƏÇEVİR SES SİLSİLƏSİ (SU ELEKTRİK STANSİYALARİ SİLSİLƏSİ)” MMC (VÖEN **********) ilə Rusiya Federasiyasında fəaliyyət göstərən PAO “SİLOVİYE MAŞİNİ” arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1084.56 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 10 avqust 2023-cü il tarixli qərardaddan görünür ki, AZ 4500 ünvan 3 ünvanında qeydiyyatda “AZƏRENERJİ ASC MİNGƏÇEVİR SES SİLSİLƏSİ (SU ELEKTRİK STANSİYALARİ SİLSİLƏSİ)” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC-nin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tələbinə görə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixində “X11 Stansiyalari Silsiləsi” MMC Sankt Peterburda yerləşən PAO “Şiloviye maşin” zavodu ilə müqavilə bağlayaraq müəsissəyə ehtiyac olan bəzi ehtiyat hissələrini nümunə kimi geri qaytarılmamaq məqsədi ilə əvəzsiz olaraq həmin zavoda göndərilmişdir. Göndərilən ehtiyat hissə nümunə kimi göndərildiyi üçün onun dəyəri ödənilməli deyildi. Göndərilən ehtiyyat hissələr həmin tarixdə güvvədə olan ”Gömrük bəyanəməsinin doldurulma Metotikasına" sərəncama uyğun olaraq xx.xx.2019-cü il tarixli **********3811 nömrəli Gömrük bəyanəməsində tərtib edilmişdir. Bu Gömrük bəyanəməsində göndərilən ehtiyat hissə 003 kodu il qeyd edilmişdir. xx.xx.2019-cü il tarixli **********3811 nömrəli Gömrük bəyanəməsində tərtib edilən vaxt 003 kodu onu göstərir ki, göndərilən malın dəyəri ödənilmədikdə bu kod qeyd edilrdi. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət gömrük komitəsinin sədri yeni sərəncam imzalamışdır. Həmin sərəncama əsasən qüvədə olan ”Gömrük bəyanəməsinin doldurulma Metotikasına"-da dəyişikliklər edilmişdir. xx.xx.2020-ci il 1000/235 saylı yeni sərəncamda 003 kodu dəiyişilərək konsiqrasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə şatışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə (ixrac olunmuş mallar satılmadıqda ölkəyə geri gətirildiyi hallar istisna olmaqla) qeyd edilmişdir. 003 kodu sərəncamda köhnə və təzə redaksiyada açıq şəkildə verilmişdir. Bundan başqa Bakı Baş gömrük İdarəsin Əməlliyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə “X11 Stansiyalari Silsiləsi” MMC-nin numayəndəsinin çağrılması üçün xx.xx.2023-cü il tarixində 3-33-1100/2-007517/2023-nömrəli məktub göndərilmişdir. Göndərilən məktub Mingəşevir X7 Silsiləsi MMC –yə xx.xx.2023-cü il tarixində catmış və həmin tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və Təhqiqiat İdarəsinin Təhqiqat şöbəsində isə göndərilən məktubun “X11 Stansiyalari Silsiləsi” MMC catıb-catmaması haqqında hec bir məlumat almadan xx.xx.2023-cü il tarində 00100-02026/23 saylı protokol tərtib edilmişdir və həmin tarixdə xx.xx.2023-cü il tarixində 00100/01824 saylı qərardad qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkvəmsə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və inzibati protokolun əsaslı olmasını sübut etməmişdir. Bu səbəblər işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirilməlidir. Belə ki, əlİnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X5rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 42-ci maddəsinin 1-ci bəndinə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarından çıxış edib bu nəticəyə gəlir ki, “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC tərəfindən İnzibati xətanın qəsdən və ehtiyatsızlıqdan törətməsi halları müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21, 40, 43, 48- 51, 53, 105.1, 109.2, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: “Azərenerji ASC Mingəçevir SES silsiləsi (X7)” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar