Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-68/2021 12.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx xxxxxx 2020–ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01-01/2-01/3-13-16 saylı arayışa əsasən Şəxs xx.xx.2020-ci il tarixdən qismən səfərbərliyə cəlb edildiyi üçün müvafiq hərbi hissəyə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM–nin 61.3–cü maddəsi əsasən işə barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs məxsus otlaq sahəsinin yaxınlığında icarəyə otlaq sahəsi götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində həmin otlaq sahəsində təsərrüfatına aid 5-6 baş mal qaranı otaran zaman Şəxs oraya gələrək ondan nə üçün otlaq sahəsinə gedən suyun qarşısını kəsdiyini soruşmuş və onunla mübahisə etməyə başlayaraq onun ünvanına nalayiq sözlər işlətmişdir. Bundan sonra Şəxs əlində olan bellə onun sağ çiyin, kürək nahiyyələrinə və sol ayağının baldır hissəsinə zərbələr vurmuş, o zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra İsmayıl çıxıb getmiş, o da istifadəsində mobil telefonla Ümid Dərqaniyə zəng etmiş, sonuncu gəlib onu evə aparmışdır. Həmin gün evdə vəziyyəti pisləşdiyindən TTYS-nı çağırmış və həkim briqadası gəlib onu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə aldıqdan sonra həmin gün evə buraxılmış, oradan çıxdıqdan sonra döyülməsi ilə bağlı Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020–ci il tarixdə Zərərçəkmiş şəxs qəsdən döymüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 539 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol baldırında sıyrıq, sağ çiynində və büzdüm nahiyyəsində qançırlar küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs törətdiyi əməl cinayət saylmadığından cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 (üç) aydan çox müddət keçmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 38.3–cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-68/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-68/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver