Məhkəmə qərarları › İş №3(051)-68/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-68/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-68/2022 27.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: X2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.1969–cu il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı qətnaməsi ilə 23.12.1994-cü il təvəllüdlü Əli, 30.11.1996-cı il təvəllüdlü Röya adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa minimum əmək haqqının 1/5 hissəsindən az olmamaqla bütün növ qazancının 1/3 hissəsi miqdarında alimentin tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı qətnaməsi ilə Şəxs 23.12.1994-cü il tarixdə doğulmuş Əli və 30.11.1996-cı il tarixdə doğulmuş Röya adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa minimum əmək haqqının 1/5 hissəsindən az olmamaqla bütün növ qazancının 1/3 hissəsi miqdarında aliment tutulub, Əliyeva (Zeynalabdunova) Vüsalə Əli qızına verilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda onun 18.142 manat aliment borcu vardır. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, maddi vəziyyəti aşağıdır. Borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən xeyli müddət keçməsinə baxmayaraq, yayınır. Dəfələrlə borclu aliment borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Ona görə də borclunun yığılmış aliment borcunu birdəfəyə ödəməsini təmin edilməsini və ya onun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı qətnaməsi ilə ondan 23.12.1994-cü il təvəllüdlü Əli və 30.11.1996-cı il təvəllüdlü Röya adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay minimum əmək haqqının 1/5 hissəsindən az olmamaqla bütün növ qazancının 1/3 hissəsi miqdarında aliment tutulub, X4 verilməsi qət edilmişdir. 26.11.2020-ci il tarixdə 18142 manat borcun hər ay 150 manat olmaqla ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdirlər. Lakin imkanı olmadığıvə işsiz olduğu üçün heç bir ödəniş edə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı icra vərəqəsindən görünür ki, Şəxs 10.02.1998-ci il tarixdən başlayaraq, 23.12.1994-cü il təvəllüdlü Əli və 30.11.1996-cı il təvəllüdlü Röya adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay minimum əmək haqqının 1/5 hissəsindən az olmamaqla bütün növ qazancının 1/3 hissəsi miqdarında aliment tutulub, X4 verilməsi qət edilmişdir. İşdə olan icra sənədinin yenidən icraya yönəldilməsi haqqında 22.07.2021-ci il tarixli qərarın surətindən görünür ki, icra məmurunun 12.12.2020-ci il tarixli qərarı ləğv edilərək Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı icra vərəqəsi yenidən icraya yönəldilmişdir. İşdə olan aliment borcunun hesablanması haqqında 25.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs aliment tutulan vaxta olan borcu 18142 manat müəyyən edilmişdir. İşdə olan 02.08.2021-ci il tarixli bildiriş və 26.11.2020-ci il və 27.01.2022-ci il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan borclunun axtarışı haqqında 23.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 10.02.1998-ci il tarixli AT-5/1998 saylı qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə aliment öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də alimenti ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 yanvar 2022–ci il tarixdən saat 16:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar