Məhkəmə qərarları › İş №3(051)-680/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-680/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-680/2021 18.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Mingəçevir şəhəri Polis şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Mingəçevir şəhəri axtarış üzrə inspektor, polis kapitanı X1 tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulduqda həmin maddə ilə inzibati məsuliyyət yaranır. Lakin inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər polis şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar