Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-681/2022 19.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs inandırıb etibarından sui-istifadə etməklə xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qeyd etdiyi plastik karta “Milliön” aparatı vasitəsilə ödənilməsinə nail olduqdan sonra əldə etdiyi pul vəsaitini borclu olduğu X1 ödəyərək dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. X3 Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun köməkçisi X2 məhkəmə iclasında bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs inandırıb etibarından sui-istifadə etməklə xx.xx.2022-ci il tarixdə 400 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qeyd etdiyi plastik karta “Milliön” aparatı vasitəsilə ödənilməsinə nail olduqdan sonra əldə etdiyi pul vəsaitini borclu olduğu X1 ödəyərək dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Ona görə də Mingəçevir şəhər prokurorunun qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində İXM–nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də borcunu ödəmək üçün Zərərçəkmiş şəxs 400 manat məbləğində pul vəsaitini götürüb X1 vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs 2008-ci ilə qədər onun qonşuluğunda yaşamış, bu səbəbdən də aralarında tanışlıq yaranmışdır. Mingəçevir bazarında geyim əşyalarının satışı ilə məşğul olur. Şəxs ona Bakı şəhərində tanışı olduğunu, faizsiz borca pul götürüb ona verə biləcəyini, bu minvalla daha çox mal ala biləcəyini bildirdi. Elvin həmin şəxsə 600 manat borclu olduğunu, həmin pulu qaytardıqdan sonra yenidən borc pul götürə biləcəyini ona bildirdi. Elvinə bu məbləğdən 400 manatını verə biləcəyini dedi. 400 manat pulu Şəxslə birlikdə Milliön aparatı vasitəsilə Elvinin göstərdiyi ünvana göndərdi. Daha sonra Elvin onun plastik bank kartının şəklini götürüb həmin şəxsə göndərdiyini, 5000 manat məbləğində pul vəsaitinin həmin karta vurulacağını bildirdi. Dediyi qaydada pulu ödədikdən sonra, Elvin hər dəfə bir bəhanə uyduraraq onu aldatmış, ona pulu ödəyəcəyinə dair yalan vədlər vermişdir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 4(051)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 3 (üç) ay həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsə inzibati tənbehin tətbiq edilə bilməyəcəyinə dair tələb nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, prosessual qərarların preyudisial əhəmiyyətinə dair Cinayət Prosessual Məcəllənin 65-ci maddəsinin müddəaları qanunun analogiyası qaydasında tətbiq olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi var. İş materiallarından görünür ki, Şəxs təqsirləndirilən şəxs kimi barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti 3 (üç) ay həddində müəyyən edilmişdir. Odur ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçildiyi üçün inzibati tənbeh tətbiq edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-681/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-681/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver