Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-682/2020 09.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X3 və X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Ağdaş rayonu, Korarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, fərdi əməklə əşğul olan, Mingəçevir şəhəri, Şəfa Bağ massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 227-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:07 radələrində Mingəçevir şəhəri Şəfa Bağlar massivində komendant saatı vaxtını pozmuş və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 07.10 2020–ci il tarixdə gecə saatlarında Şəfa Bağ massivində yerləşən X2 məxsus yaşayış olmayan evə daxil olaraq 25 manat dəyərində krosna aparatını oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 06.10 2020–ci il tarixdə X3 Şəfa Bağ massivində yerləşən evinə daxil olaraq ona məxsus pencəyin cibindən 50 manat pulunu oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-682/2020 saylı, 3(051)-683/2020 və 3(051)-684/2020 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-684/2020 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı, xx.xx.2020-ci il tarixli MN ******* saylı və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-682/2020 saylı, 3(051)-683/2020 saylı və 3(051)-684/2020 saylı inzibati işlər 3(051)-684/2020 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-682/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-682/2020
09.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver