Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-682/2021 19.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhəm oğlunun iştirakı ilə, xx.xx.1986-cı ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Mingəçevir şəhəri H.Əliyev prospekti Yeni Qaçqın qəsəbəsi ev 3-A mənzil 35 ünvanda yaşayan Şəxs Bəhəm oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: 09.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 24.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat alimentin hər ay alınaraq X2 ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-686/2019 №li 06.03.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs Bəhəm oğlunun barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Bəhəm oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin (051)-686/2019 №li 06.03.2019-cu il tarixli icra sənədindən görünür ki, 09.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 24.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs Bəhəm oğlundan tutularaq, iddiaçı X2 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs Bəhəm oğlu məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəhəm oğlu izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 06.03.2019-cu il tarixli icra sənədinə əsasən 09.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 24.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay ondan alınaraq X2 verilməlidir. Ancaq alimenti odəməmiş, 6360 manat aliment borcu yaranmışdı. Alimenti ödəməməklə bağlı məsuliyyəti bu vaxta kimi başa düşməmişdir. Hazırda alimenti tam ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 06.03.2019-cu il tarixli icra sənədindən görünür ki, 09.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 24.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay Şəxs Bəhəm oğlundan tutularaq ona verilməlidir. Lakin borclu Şəxs bu vaxta qədər alimenti ödəməmiş, nəticədə 6360 manat aliment borcu yaranmışdır. Uşaqları saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini, onun həbs olunmasını xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin (051)-686/2019 №li 06.03.2019-cu il tarixli icra sənədindən görünür ki, 09.08.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat və 24.09.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay Şəxs Bəhəm oğlundan tutularaq X2 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs alimenti ödəməmiş, yaşayış yerindən getmişdir. Şəxs barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. Şəxs Bəhəm oğlu alimenti ödəməmişdir, hazırda isə onun 6360 manat borcu vardır. Ona görə də Şəxs Bəhəm oğlu barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs Bəhəm oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Bəhəm oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs Bəhəm oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Bəhəm oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 19.08.2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-682/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-682/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver