Məhkəmə qərarları › İş №3(051)-682/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-682/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-682/2022 17.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs qızının, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Şuşa rayonu Zarıslı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Borclu Əhmədova X1 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə Şəxs 11663 manat pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra sənədini icra etməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcundan ödəməmişdir. Şəxs oğlunun hazırda 11663 manat borcu yaranmışdır və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə Şəxs 11663 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Lakin Şəxs oğlu icra sənədinə əməl etməmiş və onun hazırda 11663 manat borcu yaranmışdır. Məhkəmədən borclu barəsində tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs oğlu izahatında göstərdi ki, həqiqətən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə ondan 11663 manat pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi barədə məlumatı yoxdur. İcra sənədində ki, tələb ona aydı olub. Qeyd olunan borc məbləğindən heç bir ödəniş etməmiş, yaranmış borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Lakin qeyd olunan borcu hissə-hissə hər ay 200 manat ödəyə bilər. Rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir, başqa yerdən gəliri yoxdur. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin seçilməsini xahiş edir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Əhmədova X1 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, tələbkarın şikayətçi olmasını və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar