Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-683/2024 09.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X6, İcra sənədi üzrə tələbkar: X3, İcra sənədi üzrə borclu: : Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-289/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-289/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə X3 övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günlərində saat 12:00-dan saat 14:00-dək Mingəçevir şəhərində anası X2 iştirakı ilə görüşməsi müəyyən olunmuşdur. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu icra sənədini icra etməkdən yayınmış, maneə yaratmışdır. Dəfələrlə görüşə uşağın gətirilməməsi səbəbindən bu protokol tərtib edilmişdir. Hazırki iş rəisdə olmuş növbətçi olduğuna görə onun adı yazılmışdır. Odur ki, borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, 2020-ci ildə uşaq olmuşdur. O vaxt bu vaxta qədər heç bir aliment borcu yoxdur. Bütün alimenti tam olaraq ödəyir. Uşaq onlar evli olanda deyil, sonra olmuşdur. Yenə də həmin uşaq üçün aliment ödəyir. Amma uşağını da görmək istəyir. 4 ildir ki, o uşağını görə bilmir. O heç bir yerdə qeydiyyatda deyildir. O uşağı ilə qətnamə ilə haqqı görüşü tələb edir. Lakin borclu bunu yerinə yetirmir. Ona görə də onun barəsində tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, qətnamənin icrasından boyun qaçırmır. Bir neçə dəfə məhkəmə iclası olmuşdur. Hətta qadın bir hakim tərəfindən də bu işə baxılmışdır. O, görüşdən imtina etmir. Bu adam psixdir və alkoqolikdir. O evə görüş üçün gəlir, ancaq onun evini yandırır. Polis Şöbəsinə və 102 xidmətinə şikayətlər etmişdir. O belə bir adamla uşağı necə görüşdürə bilər ki. Psixi durumu barədə İcra və Probasiyaya sənəd vermişdir. Polis deyir ki, elə bir hadisə olmayıb. Ancaq onun şahidi vardır. Alimentini ödəmir. Aliment məbləği yığılmışdır. Onda səs yazısı vardır ki, uşağı istəmədiyini söyləmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-289/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, X3 övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günlərində saat 12:00-dan saat 14:00-dək Mingəçevir şəhərində anası X2 iştirakı ilə görüşməsi müəyyən olunmuşdur. İşdə olan X12 Xəstəxanasına göndərişdən görünür ki, X1 şəhər Ruhi xəstəxanasına müalicə müayinə üçün göndərilib. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilir ki, X3 övladı xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günlərində saat 12:00-dan saat 14:00-dək Mingəçevir şəhərində anası X2 iştirakı ilə görüşməsi müəyyən olunmuşdur. Buna baxmayaraq məhkəmə iclası zamanı tələbkarın verdiyi izahatı nəticəsində məhkəmə borclu tərəfin haqlı olduğunu müəyyən etdi. Belə ki, müəyyən edildi ki, tələbkarın niyyəti uşaqla görüş deyil, qarşı tərəfdən heyif çıxmaqdır. Ona görə də məhkəmə hesab edir ki, borclu, həqiqətən, belə bir vəziyyətdə uşağı tələbkarla görüşdürməkdən qorxa bilər. Onun üçün də borclunun qətnamənin tələbini yerinə yetirməkdən qərəzli boyun qaçırması müəyyən edilmir. Əksinə onun buna məcbur olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-683/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-683/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver