Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-684/2020 09.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxslər: X4 və X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Ağdaş rayonu, Korarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, Şəfa Bağ massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 517-2.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:07 radələrində Mingəçevir şəhəri Şəfa Bağlar massivində komendant saatı vaxtını pozmuş və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 07.10 2020–ci il tarixdə gecə saatlarında Şəfa Bağ massivində yerləşən X2 məxsus yaşayış olmayan evə daxil olaraq 25 manat dəyərində krosna aparatını oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 06.10 2020–ci il tarixdə X4 Şəfa Bağ massivində yerləşən evinə daxil olaraq ona məxsus pencəyin cibindən 50 manat pulunu oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 517-2.1 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən xx.xx.2020–ci il tarixdə gecə saatlarında Şəfa Bağ massivində yerləşən X2 məxsus yaşayış olmayan evə daxil olaraq 25 manat dəyərində krosna aparatını və 06.10 2020–ci il tarixdə X4 Şəfa Bağ massivində yerləşən evinə daxil olaraq ona məxsus pencəyin cibindən 50 manat pulunu oğurlamışdır. İşləmədiyi üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun Mingəçevir şəhəri 12-ci bağlar küçəsi, 14-cü döngədə bağ sahəsi vardır ki, həmin sahənin içərisində özünə məxsus yaşayış üçün nəzərdə tutulmuş, lakin yaşayışı olmayan 3 otaqdan ibarət bağ evi vardır. O, mütəmadi olaraq həmin bağına və tikiliyə nəzarət etməsi üçün baş çəkir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə bağa gəldikdə tikilinin qapısının sındırılmasını görmüş, otağa daxil olduqda isə televizorun üzərində qoyduğu 25 manat dəyərində olan krosna aparatının oğurlandığını görmüşdür. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Mingəçevir şəhər Şəfa Bağ massivində bir otaqlı palçıq kərpicdən tikilmiş evi vardır. Həmin mənzildə tək yaşayır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivindəki evindən çıxmış və həmin gün saat 13 radələrində evə qayıtmışdır. Həmin vaxt evin içərisində çarpayının üzərinə qoyduğu pencəyin cibində olan 50(əlli) manat pulunu götürmək istəmiş, lakin pulun yerində olmadığını və pəncərənin torunun kəsildiyini görmüşdür. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:05-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs 0.34 dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmiş şəxslərin ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarı 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 517-2.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona daha ciddi xətaya görə həmin Məcəllənin 227-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsə almanın əvvəli xx xxxxxx 2020–ci il tarixdən saat 01:05-dən hesablansın. Qərarın icrası X7 Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-684/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-684/2020
09.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver