Məhkəmə qərarları › İş №3(051)-684/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-684/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-684/2022 25.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin MTT(051)-42/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ilə Şəxs icra vərəqəsində göstərilən vaxtda uşaqları ataları Zərərçəkmiş şəxs ilə görüşdürmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin MTT(051)-42/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs uşaqları 25 iyun 2012-ci il təvəllüdlü X1 və 03 dekabr 2014-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək görüşə mane olmasının ona qadağan edilməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs uşaqlarla ünsiyyətdə olmasına etiraz etmir. Lakin uşaqlar ataları onları yenə başqa yerə qaçıracağından qorxub ataları ilə görüşmək istəmədiklərini, bu səbəbdən də müəyyən edilmiş vaxtlarda uşaqları görüşə gətirə bilmədiyini bildirdi. Uşaqları bir neçə dəfə məcburən görüşə gətirmiş, lakin onlar ağlayaraq ataları ilə görüşməkdən imtina etmişlər. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qəsdən uşaqlarla ona görüş üçün şərait yaratmadığını, icra sənədinin icrasına mane olduğunu bildirdi. İcra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntülərdən görünür ki, uşaqlar atası ilə görüş üçün İcra və Probasiya şöbəsinə gətirilmişlər, lakin onlar ağlayaraq atası ilə görüşməkdən, ünsiyyət yaratmaqdan imtina edirlər. Məhkəmə hesab edir ki, uzun müddət ataları ilə birlikdə yaşamış uşaqların hazırda ataları ilə görüşməkdən imtina etmələrinin səbəbini, uşaqlara kənar təsirin olub-olmamasını, görüşün uşaqlara psixoloji təsir edib-etməməsini müəyyən etmək üçün psixoloqun uşaqlarla görüşüb söhbət etmələrinə zərurət vardır. Lakin buna əməl edilmədiyinə görə Şəxs tərəfindən inzibati xətaya yol verilibverilməməsi, obyektiv, qanuni qərar qəbul olunması mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar