Məhkəmə qərarları › İş №3(051)-685/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-685/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-685/2020 10.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Abbasova Gülşən Elxan qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri, Şəfa Bağ massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə X1 Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən evindən 70 manat dəyərində olan su sayğacını oğurlamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində sərxoş halda küçə ilə gedərkən həmin vaxt qapısı olmayan evin həyətinə daxil olmuş və su sayğacını oğurlayaraq oranı tərk etmişdir. Bir gün sonra həmin su sayğacını 19 manata tanımadığı şəxsə satmışdır. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, ona daha yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən həyət evi ona məxsusdur. Ona məxsus evdən, dəyəri 70 manat olan su sayğacı Şəxs tərəfindən oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanunla nəzərdə tutulmuş ağır tənbehin verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, belə ki, İnzibati xətanı il ərzində təkrar törətməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb digər tənbehin tətbiqini kifayət saymayaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı Şəxs ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 15:00-dan hesablansın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququ izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar