Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-685/2023 26.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və Zərərçəkmiş Zərərçəkmiş şəxs Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx xxx 1982-ci ildə Bərdə rayonu Bayramlı kəndində doğulmuş, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2004cü ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan iki övladı vardır. Son zamanlar Ramiz ilə ailə münasibətləri pozulduğu məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Nikah pozulduqdan sonra bir mənzildə yaşayırlar ailə münasibətləri pozulduğu üçün aralarında tez-tez mübahisə olur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs böyük qızı Aynurə Quliyevaya irad bildirərək, üzərinə hücum çəkmiş, onu sol qolundan tutub itələyən zaman o, kiçik qızı Elnarə ilə birlikdə araya girmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Lakin o, Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır.Şəxs onun həyat yoldaşıdır. Birgə nikahdan Aynurə və Elnarə adlı iki övladı vardır. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Bundan sonra ev üstündə aralarında mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları ünvanda həyat yoldaşı Şəxs onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həyat yoldaşı Samirə və böyük qızı Aynurə onun üzərinə hücum çəkərək boğaz nahiyyəsindən tutaraq cırmaqlamışlar. Bundan əlavə onlar üzərinə hücum çəkərək stəkan və boşqab atmışlar, həmin vaxt ayağından xəsarət almışdır. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyul 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, təhqiqatçının 29 iyul 2023cü il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bununla belə o, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-685/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-685/2023
26.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver