Məhkəmə qərarları › İş №3(051)-686/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-686/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-686/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi X1 DƏMX-nin Mingəçevir Regional ərazi şöbəsinin rəisinin MN1065331 №li 13.08.2021-ci il tarixli və MN ******* №li 17.08.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında iş üzrə” qərarlarından şikayət ərizəsinə baxaraq, Müəyyən etdim: Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi X2 DƏMX-nin Mingəçevir Regional ərazi şöbəsinin rəisinin tənbeh vermə haqqında qərarlarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək DƏMX-nin Mingəçevir Regional ərazi şöbəsinin rəisinin “İnzibati tənbeh vermə haqqında” qərarlarından verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. X1 ərizəsini nəzərə alaraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-133-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X1 DƏMX-nin Mingəçevir Regional ərazi şöbəsinin rəisinin MN1065331 №li 13.08.2021-ci il tarixli və MN ******* №li 17.08.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarlarından şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar