Məhkəmə qərarları › İş №3(051)-686/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-686/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-686/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 X4 haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyada olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Qədirov X1 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(051)-193/2020 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs cavabdehlər Şəxs və X2 qarşı əmlak tələbinə dair iddiası təmin edilmişdir. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2905xx-xx/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 10892 manat alınaraq Ceyhun Əhməıdova, Valid Əhmədova və Arif Alxasova verilməsi, həmçinin, Mingəçevir şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(051)-193/2020 saylı icra vərəqəsinə əsasən ondan 10 add qızıl zinət əşyaları və ya onların dəyəri olan 9020 manat pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edeilmişdir. İcra sənədi ona aydındır. Bikldirir ki, onun tələbkarlara heç bir borcu yoxdur. Belə ki, icra sənədində göstərilən borc məbləığini 2021-ci ilin yanvar və may aylarında tam olaraq ödəmişdir. Lakin o, bu faktı sübut edə bilmədi. Buna baxmayaraq qeyd olunan borc məbləğinin ödənişindən yayınmır. Borcu tam şəkildə ödəyə bilmir. Hər ay 50-100 manat ödəniş edə bilər. Zərərçəkmiş şəxs ilə bağlı fevral ayında razılığa gəlmişlər ki, hər ay ona 200 manat ödəniş edəcək. Lkain bu müddətdə ödəni edə bilməmişdir. Ödəniş etmədiyi asylar üzrə yaranmış borcundan 1000 manat ödəyə bilər. Qalıq borcu isə hər ay 200 manat ödəyəcək. Ona görə də onun barəsində olan protola xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Şəxs yaranmış borcundan ümumilikdə 1000 manat ödəniş etmişdir. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, borclu tərəfindən qeyd olunan borcun qərəzli olaraq ödənilməməsi məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs heş bir yerdə işləmir, başqa yerdəndə gəliri yoxdur. Göründüyü kimi bu hal borclu tərəfindən qeyd olunan borcun qəsdən və ya qərəzli olaraq ödənilməsi sübuta yetirilmir. Həmçinin borclu qalıq borcundan 1000 manatını məhkəmə iclası zamanı ödəmişdir. Bu və digər qeyd olunan hallar borclu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar