Məhkəmə qərarları › İş №3(051)-686/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-686/2023

26.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-686/2023 26.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Mingəçevir ŞPŞ İTB-nın sahə rəisi X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də xəzinədar işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2023-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır.Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Birgə nikahdan Aynurə və Elnarə adlı iki övladı vardır. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan münaqişə həddinə çatmış və məhkəmə qaydasında nikahlarına xitam verilmişdir. Nikah pozulduqdan sonra bir mənzildə yaşayırlar. Son dövrlərdə ev üstündə aralarında mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həyat yoldaşı Samirə və böyük qızı Aynurə onun üzərinə hücum çəkərək boğaz nahiyyəsindən tutaraq cırmaqlamışlar. Bundan əlavə onlar üzərinə hücum çəkərək stəkan və boşqab atmışlar, həmin vaxt ayağından xəsarət almışdır. Mübahisə zamanı o da onları vurmuşdur. Əməlindən peşmandır və barəsində yüngül tənbeh olunmasını cxahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs ilə 2004-cü ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan Aynurə və Elnarə adlı iki qızı vardır. Son dövrlərdə Ramiz ilə aralarında şəxsi münasibətlər zəminində mübahisələr baş vermiş və bu mübahisələr dava-dalaş, münaqişə həddinə çatmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadıqları ünvan 3 ünvanında olan zaman həyat yoldaşı Şəxs böyük qızı Aynurə Quliyevaya irad bildirmiş və Aynurənin üzərinə hücum çəkib sol qolundan tutub itələmişdir. Həmin vaxt kiçik qızı Elnarə Quliyeva ilə birlikdə araya girmişlər. Şəxs onlarla mübahisə etmiş, qızının və onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq onları döymüşdür. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Mingəçevir ŞPŞ İTB-nın sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, zərərçəkən Zərərçəkmiş şəxs hadisə ilə bağlı 102 xidmətinə zəng vurmuşdur. Təhqiqat qrupu hadisə yerinə getmiş yerindəcə izahatını almışdır. Daha sonra təhqiqatçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəraradan sonra inzibati xəta haqqında iş ona keçmişdir. O, da protokol tərtib edən zaman tərəfləri çağırıb dindirmişdir. Daha sonra Şəxs barəsində inzibati xəta haqqında maetiral toplanmış və baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan 20 iyul 2023-cü il tarixli, 521 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol bazu nahiyyəsində döş qəfəsinin ön səthində sıyrıqlar, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərlən 19 iyul 2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş, bu səbəbdən də DİN-nin 102 xdimətinə həmin tarixlərdə müraciətlər olunmuşdur. Bununlada müəyyən olunmuşdur ki, Şəxs zərərçəkmiş şəxsi döymüşdür. Bununlada Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, işdə olan sənədlərlə, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar