Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-687/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorluğun müstəntiqi Vüsal Əsgərov, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, Mingəçevir şəhər prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə göndərilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: "xxxx" MMC-nin 1 №li Mingəçevir filialında müdir vəzifəsində işləyən, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan MMC-də satıcı işləyən Zərərçəkmiş şəxs yıxılaraq sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə Şəxs barədə Mingəçevir şəhər prokuroru tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorluğun müstəntiqi Vüsal Əsgərov məhkəmə iclasında bildirdi ki, 13.06.2021-ci il tarixdə Mingəçevir şəhər PŞ-dən prokurorluğuna Yevlax rayonu Varvara kəndində yaşayan Zərərçəkmiş şəxs 13.06.2021-ci il tarixdə iş qəzası nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, "xxxx" MMC-nin 1 №li Mingəçevir filialında müdir vəzifəsində işləyən Şəxs tərəfindən qaydaların pozulması səbəbindən satıcı işləyən Zərərçəkmiş şəxs yıxılaraq sağlamlığına az ağır zərər vurulmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" MMC-nin 1 №li Mingəçevir filialında müdir vəzifəsində işləyir. 13.06.2021-ci il tarixdə mağazadan çöldə olduğu zaman mağazanın mühafizəçisi gəlib marketdə satıcı Zərərçəkmiş şəxs anbardan yıxıldığını bildirdi. O, dərhal anbara getdi və Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə gördü. Sonra o, dərhal Mingəçevir şəhər xəstəxanasına məlumat vermiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. 3 aydan bir işçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılır. Həmin təlimatlandırma onun tərəfindən həyata keçirilir. İşçi Zərərçəkmiş şəxs öz ehtiyatsızlığından yıxılıb xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, "xxxx" MMC-də satıcı işləyir. 13.06.2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 08:00 radələrində iş yerinə getmişdir. İşə gəldikdən sonra o, marketdə işlərlə məşğul olmuşdur. Sonra nahar edib, market vitrinə baxış keçirib bəzi məhsulların azaldığını müəyyən etdiyinə görə marketin arxa tərəfində yerləşən anbara getdi. Anbarda hündürlükdə yerləşən rəflərdən məhsulu götürmək üçün digər rəflərdən istifadə edib qadın paltar tavanı üzərinə çıxdı. Hündürlükdə yerləşən rəfdən məhsul yığdığı zaman tavanın çökməsi səbəbindən yerə yıxıldı. Sonra iş yoldaşları onu Mingəçevir şəhər xəstəxanasına apardılar. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 384 №li 18.06.2021-ci rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sol incik sümüyünün qapalı travması yıxılma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən 13.06.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə olunmuş əmək təhlükəsizliyinin tədqiqi üzrə 10/3418 №li 27.07.2021-ci il tarixli ekspertiza rəyində göstərilir ki, "xxxx" MMC-nin döşəmədən 2.32 metr hündürlükdə anbar kimi istifadə olunan damın döşəməsinin etibarlı və dayanıqlı vəziyyətdə saxlanılmasını təmin etmədiyinə görə, “hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.19 bəndinin tələbləri mağaza daxilində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tədbirlərinin həyata keçirilməsinə həmin işin görülməsinə rəhbərlik etmiş müdir Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilir ki, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi gündə 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-687/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-687/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver