Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-688/2023 11.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının Məhkəmə iclas katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir şəhər prokurorunun köməkçisi X10, Zərərçəkən Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X4 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdim: "xxxx" MMC-nin barəsində Mingəçevir şəhər Prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Mingəçevir şəhər prokurorunun köməkçisi, X10 məhkəmə iclasında bildirdi ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs Zərərçəkmiş şəxs ekskavator idarə etməklə işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Ona görə də Mingəçevir şəhər prokuroru tərəfindən "xxxx" MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məhkəməyə verilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X8 məhkəmə iclasında izahatında bildirdi ki, direktor olduğu "xxxx" MMC texniki avadanlıqların ( ekskavatorlar) digər təşkilat və ya şirkətlərə icarə verməsi fəaliyyəti ilə məşğuldur. Həmçinin özü də şirkətdən savayi fərdi sahibkar kimi texnikaların icarəsi ilə məşğul olur. 2022-ci ildə “X16” MMC ilə fərdi sahibkar kimi xidməti müqavilə bağlamışdır. Həmin təşkilat Mingəçevir İES-də təmir bərpa işləri məşğul olan "xxxx" MMC ilə müvafiq işlər görürdü. Müqaviləyə əsasən “X16” MMC-yə bir ədəd “hyundai” və bir ədəd “hitachi” markalı ekskavatorları icarəyə verməli idi. Həmin texnikaların siyahısı müqaviləyə əlavə sənədlərdə qeyd olunmuşdur. O cümlədən, texnikanın sürücüsü onun tərəfindən təyin olunmalı və müvafiq əmək haqqı ödənilməli idi. Təqribən 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq şirkətinə ekskavator sürücüsünün lazım olubolmaması barədə maraqlanmış və onunla bir qədər söhbət edərək şifahi şəkildə günə 30 manat olmaqla ona təyin etdiyi ekskavatorun idarə etməsinə razılığa gəlmişlər. Belə ki, Zərərçəkmiş şəxs Mingəçevir şəhəri İES-da "xxxx" MMC tərəfindən görülən təmir-bərpa işləri zamanı “X16” MMC-yə icarə verdiyi ekskavatoru idarə edirdi. Təqribən 2023-cü ilin yanvar ayının 10-da Zərərçəkmiş şəxs ona zəng edərək idarə etdiyi ekskavatorun yararsız vəziyyətə düşməsi barədə məlumat verdikdə ona eksvakatoru iş görülən ərazidən bir qədər qırağa çəkməsinə göstəriş vermişdir. Bundan sonra növbəti gün həmin əraziyə gəlmiş və ekskavatorun nasaz vəziyyətdə olması səbəbindən aralarında mübahisə baş vermiş və ona texnikaya ilə 12500 manat məbləğində zərər vurduğunu bildirərək həmin pulu ondan tələb etmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs ona küllü miqdarda ziyanlıq vurmuşdur. Bundan əlavə o, öz işlərini TMS GRUP adından deyil öz adına rəsmiləşdiriən və sərəncamında olan texnikalar vasitəsi ilə həyata keçirir. Hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Bu səbəbdən onun barəsində olan inzibati xəta haqqında qərara xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, lakin Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclası zamanı izahatında bildirdi ki, 2022-ci ilin noyabr ayında tanışı vasitəsi ilə "xxxx" MMC-nin direktoru Rəşad Namazovla tanış olaraq 1000 manat əmək haqqı müqabilində Mingəçevir İES-da təmir bərpa işləri ilə məşğul olan "xxxx" MMC-yə icarəyə verdiyi texnikanın idarə edəcəyi barədə razılığa gəlmişlər. Noyabr ayında Rəşad Namazov ona şəxsi bank hesabına vəd verdiyi 1000 manatdan cəmi 450 manat məbləğində pul vurmuş, qalan 550 manat pulu isə növbəti ayda vuracağına söz vernişdir. 2022-ci ilin dekabr ayında isə işlədiyim dövr ərzində ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Bundan sonra yanvar ayının 10-da idarə etdiyi ekskavatorun motorunda nasazlıq olduğundan yararsız vəziyyətə düşmüş və dərhal bu barədə telefon vasitəsi ilə Rəşad Namazova məlumat vermiş, sonuncu ona ekskavatorun suyunu dəyişməsini, ekskavatoru stansiyadan kənara çıxartmasını və usta çağıraraq onu təmir etməsinə göstəriş vermişdir. Növbəti gün Rəşad Namazov stansiyaya gələrək ekskavatorun nasaz vəziyyətdə olduğuna görə aralarında yaranmış mübahisə nəticəsində işdən ayrılmışdır. X11 dekabr və yanvar ayına ödəməli olduğu əmək haqqının ödəməsini tələb etməyə davam etmişdir. Rəşad Namazov isə yalnız carı ilin mart ayında bank hesab kartına cəmi 270 manat məbləğində pul vəsaiti köçürtmüş, geri də qalan pul məbləğini isə ödəməkdən imtina etmişdir. "xxxx" MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş 30.10.TMS.2020 №li xidmət müqaviləsindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə “İcarəyə verən’ "TMS GRUP” MMC-nin ( VÖEN **********) nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru X8 “İcarəçi” “BCC GROUP" MMC (VÖEN **********), nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru X5 qızının arasında texnikanın icarəsi haqqında xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən texnikaların idarə olunması üçün hər bir yükləyici sürücüsü “icarəyə verən” tərəfindən işə götürülür və təyin edilir. Bu zaman hər bir sürücüsünün əmək haqqısının verilməsini, sığortalanmasını və sair xərclərini “icarəyə verən” öz üzərinə götürür. Müqaviləyə əlavə sənədlərdə ekskavator yükləyicilərin siyahısı qeyd olunmuşdur. Həmin siyahının sırasında 02 ədəd “Hyundai” markalı “AZ90- E-626” və “AZ 21-T-554 ”və 01 ədəd “Hitachi” markalı “AZ**-AZ-***” dövlət qeydiyyat nişanlı ekskavatorlar əks olunmuşdur. İşə əlavə edilmiş 30.10.TMS.2020 №li xidmət müqaviləsinə əlavələr edilməklə razılaşmalar əldə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, CPO *** **** №li xidmət müqaviləsindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə sifarişçi adlandırılan “X16” MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən cəmiyyəti direktoru X2 şəxsində bir tərəfdən,m icraçı adlandırılacaq fiziki şəxs X4 şəxsində digər tərəfdən icraçı qanuni əsaslarla ona məxsus olan texnikanı bu müqavilə müddətində sifarişçi tərəfdən tələb edilən periodlarda icarəyə verir, tələb olunan xidmətləri göstərir və texnikanı idarə edən personal ilə daimi təmin edir. xx.xx.2020-ci il tarixli 30.10.TMS2020 nömrəli icarə xidməti müqaviləsinə əlavə razılaşmadan görünür ki, icarəyə verən xx.xx.2022-ci il tarixdən direktor vəzifəsinə dəyişiklik edildiyi ilə bağlı şirafişçi tərəfdən məlumatlandırıldığını müqavilə və onun əlavələri üzrə səlahiyyətli nümayəndənin X7 olduğunu qəbul edir, icarəyə verən xx.xx.2022-ci iul tarixdən BCC GROUP şirkətinin təşkilati hüquqi formasının QSC-ə dəyişdirildiyi haqqında məlumatlandırldığını qəbul edir, xx.xx.2020-ci il tarixli 30.10.TMS.2020 nömrəli müqavilənin müddəti 31 dekabr 2023-cü il tarixədək uzadılır. İşə əlavə edilmiş "xxxx" MMC-yə direktor təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli 1/2019 saylı qərarında görünür ki, X8 "xxxx" MMC-yə direktor təyin edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər prokurorunun müstəntiqi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 avqust 2023-ci il tarixli qərarından görünür ki, 170/C-23 nömrəli araşdırma materialı üzrə "xxxx" MMC-nin direktoru X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Elektron informasiya sisteminə edilmiş sorğuya cavabdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra, belə qənaətə gəlir ki, "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatla onun əməlində həmin inzibati xətanın tərkibinin olması tam sübuta yetirilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin ifadələri ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onu işə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7-ci maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətadır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" X1 barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldım: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-688/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-688/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver