Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-688/2024 15.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–nin 206 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: DİN-nin 102 xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumat əsasında Şəxs onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, həmin məlumat əsasında izahatı alınarkən narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, polis əməkdaşları onun yaşadığı evə gəlmiş, qapını döymüşdür. Bu zaman evdə uşaqlar olduğu, həmçinin özü də bir neçə gün əvvəl səhhəti ilə əlaqədar istifadə etdiyi narkotik vasitənin təsiri altında olduğu üçün qapını açmamışdır. Valideyni gəldikdən sonra qapını açmışdır. Polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik etməmişdir. Bununla belə narkotik vasitədən istifadə etdiyi üçün əməlindən peşimandır. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində saat 14:30 radələrində şəhərin İ.Qayıbov küçəsində xidmətdə olduqları zaman Növbətçi Hissənin çağrışı ilə DİN-nin 102 xidmətindən daxil olmuş ********** nömrəli məlumata əsasən İsmət Qayıbov mənzil 6 ev 9 ünvanına yaxınlaşmışlar. Bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsi nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz əməllərini davam etdirdi. Onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. ŞPŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, həkim psixiatr X4 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(051)-12/2024 saylı qərarına əsasən məcburi ambulator müşahidə və müalicədə olan Şəxs Zülfi oğlunun Məhkəmə Psixiatriya Ekspertizasından sonra xx.xx.2024-cü il tarixdə Komission Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının rəyi olaraq “İsterik tipli şəxiyyət pozuntusu, mütəmadi təkrarlanan dekompensassiyalarla” diaqnozu yenidən təsdiq edilmişdir. Hal-hazırda Şəxs psixi vəziyyəti qeyri-sabit olaraq qalır. Lakin Şəxs psixi vəziyyətinə görə ətrafdakılara qarşı sosial təhlükə kəsb etmir. Şəxs əziyyət çəkdiyi psixi pozuntu ambulator şəraitdə medikamentoz korreksiya olmalı və sosial realibitasiya tədbirləri həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, DİN-nin 102 xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumat əsasında Şəxs izahatı alınarkən narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli 1126 saylı protokoldan görünür ki, Şəxs psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 1683 saylı rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş Mingəçevir şəhər X5 Dispanserinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(051)-12/2024 saylı qərarına əsasən məcburi ambulator müşahidə və müalicədə olan Şəxs Zülfi oğlunun Məhkəmə Psixiatriya Ekspertizasından sonra xx.xx.2024-cü il tarixdə Komission Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının rəyi olaraq “İsterik tipli şəxiyyət pozuntusu, mütəmadi təkrarlanan dekompensassiyalarla” diaqnozu yenidən təsdiq edilmişdir. Hal-hazırda Şəxs psixi vəziyyəti qeyri-sabit olaraq qalır. Lakin Şəxs psixi vəziyyətinə görə ətrafdakılara qarşı sosial təhlükə kəsb etmir. Şəxs əziyyət çəkdiyi psixi pozuntu ambulator şəraitdə medikamentoz korreksiya olmalı və sosial realibitasiya tədbirləri həyata keçirilməlidir. Odur ki, hazırkı psixi vəziyyətinə görə Şəxs barəsində təyin olunmuş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin uzadılması məqsədəmüvafiqdir. İşə əlavə edilmiş X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdən X1 şəxsiyyətin isterik pozğunluğu diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(051)- 12/2024 saylı qərarından görünür ki, Şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin uzadılması qərara alınmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqla, həmçinin qanunsuz olaraq narkotik vasitə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Bununla belə, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-in 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hüquqazidd əməli anlaqsız vəziyyətdə törətdiyi üçün inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqazidd əməli anlaqsız vəziyyətdə törətdiyindən, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-688/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-688/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver