Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-689/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qədiroğlu marketdə fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-424/2022 №li icra sənədi üzrə qızılzinət və ev əşyaları və ya onların dəyəri olan 3450 manat pulu iddiaçı Zərərçəkmiş şəxs ödəməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-424/2022 №li icra sənədinə görə ondan və X1 1) 1440 manat dəyərində, 18 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros sep; 2) 640 manat dəyərində, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark sep; 3) 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark bilərzik; 4) 360 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan sallama sırqa; 5) 200 manat dəyərində “Artel” markalı, 82 ekran plazma televizor; 6) 350 manat dəyərində servis boşqab dəsti və 7) 150 manat dəyərində 4 gözlü çıl-çırağın alınıb iddiaçıya verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin ondan və X1 alınıb iddiaçıya verilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra icra sənədində qeyd edilmiş əşyaların bir hissəsini qaytarmış, yalnız qiyməti 1440 manat olan boyunbağı və qiyməti 350 manat olan boşqab dəstinin dəyəri ödənilməmişdir. Borcun qalan hissəsinin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-424/2022 №li icra sənədinə görə Şəxs və X1 1) 1440 manat dəyərində, 18 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros sep; 2) 640 manat dəyərində, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark sep; 3) 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark bilərzik; 4) 360 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan sallama sırqa; 5) 200 manat dəyərində “Artel” markalı, 82 ekran plazma televizor; 6) 350 manat dəyərində servis boşqab dəsti və 7) 150 manat dəyərində 4 gözlü çıl-çırağın alınıb ona verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin Şəxs və X1 alınıb ona verilməsi qət edilmişdir. Şəxs borcun bir hissəsini ödəmiş, yalnız qiyməti 1440 manat olan boyunbağı və qiyməti 350 manat olan boşqab dəsti qaytarılmamışdır. Borcun hissə-hissə ödənilməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-424/2022 №li icra sənədinə görə Şəxs və X1 1) 1440 manat dəyərində, 18 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros sep; 2) 640 manat dəyərində, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark sep; 3) 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismark bilərzik; 4) 360 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan sallama sırqa; 5) 200 manat dəyərində “Artel” markalı, 82 ekran plazma televizor; 6) 350 manat dəyərində servis boşqab dəsti və 7) 150 manat dəyərində 4 gözlü çıl-çırağın alınıb Zərərçəkmiş şəxs verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin Şəxs və X1 alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, 3450 manat borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. İnzibati protokol tərtib edildikdən sonra Şəxs icra sənədində qeyd edilən əşyaların bir hissəsini qaytarmışdır, qalan hissəsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-689/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-689/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver