Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-69/2022 10.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə xx.xx.1982-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 09.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 16.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 17.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 09.01.2022-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs 09.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 6 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan 09.01.2022-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs 16.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 50 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 30 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 80 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan 09.01.2022-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs 17.07.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 6 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan 09.01.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 328.1 və 328.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə cərimə olunduğu, həmçinin cərimələri və hesablanmış dəbbə pulunu qanunla müəyyən olunan müddətdə ödəmədiyindən, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-69/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-69/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver