Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-69/2024 06.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 29 dekabr 2023-cü il tarixli, EQ18717774 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində qərar çıxarılmış X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 29 dekabr 2023-cü il tarixli, EQ18717774 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə xəta haqqında işin baxılması zamanı inzibati xəta haqqından qərardan şikayətin materiallarını araşdıraraq müəyyən etdi ki, inzibati xəta Yevlax ərazisində törədildiyindən, inzibati iş aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, inzibati xəta Yevlax ərazisində törədildiyindən, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Yevlax ərazisində tərtib olunmuşdur. Belə olan halda X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 29 dekabr 2023-cü il tarixli, EQ18717774 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyatı üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 29 dekabr 2023-cü il tarixli, EQ18717774 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Məhkəmənin hakimi : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-69/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-69/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver