Məhkəmə qərarları › İş №3(051)-690/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-690/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-690/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X5 qızının İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə 19.09.1971-ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri, Günəşli bağ massivi 9-cu küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14.08.2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 8-də yerləşən X4 məxsus Volt markalı velosipedi aparatını oğurlamış və barəsində 25.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 07.08.2021–ci il tarixdə saat 23 radələrində Günəşli bağ massivi 8-ci küçədə yerləşən X2 yaşadığı evin həyətyanı saəsinin hasarının üzərindən ümumi dəyəri 21 manat 30 metr uzunluğunda 6-lıq elektrik naqilini oğurlamış və barəsində 25.08.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğlu özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən 14.08.2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 8-də yerləşən X4 məxsus Volt markalı velosiped və 07.08.2021–ci il tarixdə saat 23 radələrində Günəşli bağ massivi 8-ci küçədə yerləşən X2 yaşadığı evin həyətyanı saəsinin hasarının üzərindən ümumi dəyəri 21 manat 30 metr uzunluğunda 6-lıq elektrik naqilini oğurlamışdır. İşləmədiyi üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 qızı məhkəmə iclası zamanı izahatında göstərdi ki, onun 14.08.2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 8-də yerləşən X4 məxsus Volt markalı velosipedi aparatını oğurlamışdır Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmiş şəxslərin ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarı 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona daha ciddi xətaya görə həmin Məcəllənin 227-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsə almanın əvvəli 24 avqust 2021–ci il tarixdən saat 19:30-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar