Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-691/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X4 qızının İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə 19.09.1971-ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri, Günəşli bağ massivi 9-cu küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 14.08.2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ev 10, mənzil 8-də yerləşən X3 məxsus Volt markalı velosipedi aparatını oğurlamış və barəsində 25.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 07.08.2021–ci il tarixdə saat 23 radələrində Günəşli bağ massivi 8-ci küçədə yerləşən X2 yaşadığı evin həyətyanı saəsinin hasarının üzərindən ümumi dəyəri 21 manat 30 metr uzunluğunda 6-lıq elektrik naqilini oğurlamış və barəsində 25.08.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-690/2021 saylı və 3(051)-591/2021 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-690/2021 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli MN ******* saylı və 25.08.2021-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-690/2021 saylı və 3(051)-691/2021 saylı inzibati işlər 3(051)-690/2021 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-691/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-691/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver