Məhkəmə qərarları › İş №3(051)-691/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-691/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-691/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ İTB-nin polis sahə rəisi X3, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs X1 iştirakları ilə xx.xx.1957-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-232-1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat Mingəçevir şəhər H.Əliyev prospekti 6 saylı binanın qarşısında X5 məxsus “VAZ” 2107 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qabaq sol qanadını, qabaq sağ qanadını, qabaq sol qapının yanını, sağ qapının üstünü qəsdən məhv etməklə zərərçəkmiş şəxs X5 400 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində 6 saylı binanın qarşısında X4 əli ilə vuraraq döymüşdür. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X8 məhkəmə iclası zamanı protokollara uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həyat yoldaşı və ailəsi ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 6 saylı binada yaşayırlar. Yoldaşı səhər radələrində ona bildirmişdir ki, zibil atmağa gedir. Yoldaşı zibil atmağa gedəndən bir neçə dəqiqə sonra binanın qarşısında səs küy eşitdikdən sonra o da həyətə düşdü. Bu zaman görmüşdür ki, Natiq onun yoldaşını nalayiq ifadələrlə söyüb təhqir edir. Həmin zaman o, Natiq həmin söyüşlərin kimə etdiyini soruşduqda Natiq ona bildirdi ki, onun arvadına söyür. Həmin zaman aralarında mübahisə yarandı, Natiq həmin söyüşləri ona da ünvanlamışdır. Bundan sonra Natiq yumruqla onu vurmuş və o müvazinətini itirərək yerə yıxılmışdır. O, yerə yıxılandan sonra Natiq onunda arvadını söyməkdən əlavə zərbələr endirərək onu vurmuşdur. Natiq onu vurandan sonra o yerə yıxılmış, sonra isə qonşular ona kömək etmişlər. O, özünə gələndən sonra 120 polis xidmətini yığmışdır. Natiq həmçinin qeyd edir ki, guya o, Natiqin maşınını ağacla vuraraq zədələmişdir. Bildirir ki, Natiq yalan deyir. Onun maşınına o, sadəcə əlinin içi ilə yüngül zərbə vurmuşdur. Lakin qeyd olunan taxta parçasından istifadə etməmişdir. Maşına da heç bir zədə yetirməmişdir. O, Natiqdən şikayətçidir, Natiqin onu vurmasını həmçinin həyat yoldaşına da zərbələr vurmasını və söyüşlər söyərək təhqir etməsini ona pis təsir etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. O, özü də hazırda X2 şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanda 8 ildir ki, yaşayırlar. Qeyd edir ki, həmin adamlar onların yaşadığı binanın blokunda quraşdırılmış skamyada əyləşərək onun rahatlığını pozurlar. Həmin adamlar onla prinsip olaraq başqa adamları da gətirib onun yaşadığı blokun skamyasında oturdub onu qəsdlə incidirlər. Onların məqsədi ona dəli adını verməkdir. Qeyd edir ki, aralarında olan mübahisə zamanı o, heç kimi vurmayıb. O, özü hazırda birinci qrup əlildir, yolu da gedəndə ehtiyatla gedir. Belə bir vəziyyətdə onun kimisə vurması ağlabatan deyil. Əksinə olaraq Bənövşə Qurbanova ona qarşı aqressiya göstərmiş, onlar ər arvad olaraq hər ikisi onun yara boşluğuna zərbə endirmişlər, həmin zaman onun eplepsiyası tutmuş və təcili yardım gələrək onu yuxarı çıxarmışlar. Həmin vaxt Bənövşə Qurbanova həyat yoldaşı Şəxsla birlikdə ona xəsarət yetiməklə yanaşı Novruz əlində ki, taxta parçası ilə də onun maşınına zədələr yetirərək ona maddi ziyanda vurmuşdur. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində sərt tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X10 ifadəsində bildirmişdir ki, onlar Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binada yaşayırlar. O Natiqlə eyni blokda yaşayır. O, həmin blokun qarşısındakı skamyada digər qonşusu Bənövşə ilə oturub söhbət edirdilər. Bu zaman Natiq yaşadığı evin pəncərəsini açaraq onlara qarşı nalayiq ifadələr işlətməyə başladılar. O, isə ona etiraz olaraq dedi ki, onlar Natiqin evində yox blokun skamyasında oturub söhbət edirlər. Natiq bir müddət sonra həyətə düşərək onların yanına gəlmiş, bu zaman digər qonşusu Novruzda səs-küyə gəldi. Həmin zaman onların arasında mübahisə yarandı. Bu zaman Natiq Novruzu vurdu. Bundan sonra Novruz yerə yıxıldı. Qonşuların köməkliyi ilə Novruzu yerdən qaldırılar. Bundan sonra Natiq Bənövşəni də vurdu. X16 vurmayıb. Sadəcə olaraq Novruz əlinin içi ilə Natiqin maşınına yumruq vumuşdur. Hadisə onun gözünün qarşısında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 verdiyi ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə səhər zibil atmağa gedirdi. Həmin vaxt Bənövşədə skamyada oturmuşdur. O, zibili atıb qayıdanda gördü ki, onların arasında mübahisə gedir. Natiq həmin vaxt narahat idi. Natiqin müharibə vaxtı başından xəsarət aldığı üçün ona səs küy olmaz. Həmin vaxt səs küy olan zaman Novruzda hadisə yerinə gəlmişdir. Bənövşə Natiq barəsində kobud ifadə işlədərək Natiqi təhqir etmişdir. Elə bu zaman Novruz Natiqin başından yumruqla vurdu. Bu zaman Natiqin əli Novruzun başına dəydi. Novruz Natiqə təpik atanda ayağı ilişib yerə yıxıldı. Həmin zaman Natiqin epilepsiyası tutdu. Həmin zaman Natiqin maşını məhlədə idi. Novruz əlində ki, ağacla Natiqin maşınını əzməyə başladı. Natiq nə Novruzu nə də ki, Bənövşəyə söyüş söyməyib, onlara qarşı zor tətbiq etməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2023-cü tarixli ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü tarixli ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-691/2023 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü tarixli ******* saylı və xx.xx.2023-cü tarixli ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-691/2023 saylı, 3(051)-692/2023 saylı inzibati işlər, 3(051)-691/2023 nömrə ilə qeydiyyata alınmışdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 112 saylı məktubdan görünür ki, Vaz-2107 markalı 20BM055 d.n.n-lıavtomobilə dəymiş ziyan 4 usta əl haqqı ilə birlikdə 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilməsi ilə bağlı, xx.xx.2023-cü il tarixdə X6 döyməsi ekspert rəyi, şahid izahatı ilə və iş materialları ilə təkzib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin Şəxs tərəfindən döyülməsi əks olunsa da lakin işdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya biliyinin 512 saylı rəyində bu hal öz təsdiqini tapmamışdır. Belə ki, ekspertin sözü gedən rəyindən görünür ki, X4 müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Eyni zamanda bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Təhqiqat orqanı tərəfindən isə X4 döyülməsi və xəsarət alması ilə bağlı heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Beləliklə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta üzrə icraatı başlatmağa əsas verən hallar öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi məhkəmə bu maddə üzrə inzibati xəta hadisəsinin mövcud olmasını sübut edən hallar barədə iş materiallarında kifayət qədər sübutlar olmadığından və ya məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X5 məxsus “VAZ” 2107 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadını, qabaq sağ qanadını, qabaq sol qapının yanını, sağ qapının üstünü qəsdən məhv etməklə zərərçəkmiş şəxs X5 400 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin 400 manat məbləğində vurulmuş əmlak zərərinin əvəzinin zərərçəkmiş şəxsə ödənilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs vurulmuş əmlak zərərinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul alınıb zərərçəkmiş şəxs X5 verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar