Məhkəmə qərarları › İş №3(051)-694/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-694/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-694/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1956-cı il tarixdə Ağdam rayonu Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində 6 saylı binanın qarşısında X1 əli ilə vuraraq döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, həyat yoldaşı və ailəsi ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 6 saylı binada yaşayırlar. Həmin vaxt yəni 19 iyul 2023-cü il tarixdə yaşadıqları evdən çıxaraq zibil atmağa getmişdir. Zibili atıb qayıtdıqdan sonra Natiq İsgəndərovun yaşadığı blokunun yanında quraşdırılmış skamyada əyləşərək digər qonşusu ilə söhbət edirdilər. Bu zaman Natiq İsgəndərov yaşadığı mənzilin pəncərəsindən onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Natiq evindən düşərək onların yanına gəlmiş yenidən onları təhqir etməyə başlamış və onu hətta vurmuşdur. Bu zaman onun yoldaşı Novruzda mübahisə yerinə gəlmiş, bu zaman Natiq onu da söyüb təhqir etmiş və onunla yanaşı həyat yoldaşı Novruzu da vurmuşdur. O, Novruzu vurduqdan sonra onun həyat yoldaşı yerə yıxılaraq huşunu itirmişdir. Bu zaman orada olan qonşuların köməyi ilə onun yoldaşını özünə gətirmişlər. Ondan sonra onlar 120 xidmətini yığaraq Natiq barəsində polisə şikayət vermişlər. O Natiqi vurmamışdır. Natiqin izahatında qeyd etdikləri həqiqəti əks etdirmir. Ona görə də izahatında göstərilənləri nəzərə almaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, ünvan 2 ünvanda 8 ildir ki, yaşayırlar. Qeyd edir ki, həmin adamlar onların yaşadığı binanın blokunda quraşdırılmış skamyada əyləşərək onun rahatlığını pozurlar. Həmin adamlar onla prinsip olaraq başqa adamları da gətirib onun yaşadığı blokun skamyasında oturdub onu qəsdlə incidirlər. Onların məqsədi ona dəli adını verməkdir. Qeyd edir ki, aralarında olan mübahisə zamanı o, heç kimi vurmayıb. O, özü hazırda birinci qrup əlildir, yolu da gedəndə ehtiyatla gedir. Belə bir vəziyyətdə onun kimisə vurması ağlabatan deyil. Əksinə olaraq Şəxs ona qarşı aqressiya göstərmiş, onlar ər arvad olaraq hər ikisi onun yara boşluğuna zərbə endirmişlər, həmin zaman onun eplepsiyası tutmuş və təcili yardım gələrək onu yuxarı çıxarmışlar. Həmin vaxt Şəxs həyat yoldaşı Novruz Qurbanovla birlikdə ona xəsarət yetiməklə yanaşı Novruz əlində ki, taxta parçası ilə də onun maşınına zədələr yetirərək ona maddi ziyanda vurmuşdur. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində sərt tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 ifadəsində bildirmişdir ki, onlar Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binada yaşayırlar. O Natiqlə eyni blokda yaşayır. O, həmin blokun qarşısındakı skamyada digər qonşusu Bənövşə ilə oturub söhbət edirdilər. Bu zaman Natiq yaşadığı evin pəncərəsini açaraq onlara qarşı nalayiq ifadələr işlətməyə başladılar. O, isə ona etiraz olaraq dedi ki, onlar Natiqin evində yox blokun skamyasında oturub söhbət edirlər. Natiq bir müddət sonra həyətə düşərək onların yanına gəlmiş, bu zaman digər qonşusu Novruzda səs-küyə gəldi. Həmin zaman onların arasında mübahisə yarandı. Bu zaman Natiq Novruzu vurdu. Bundan sonra Novruz yerə yıxıldı. Qonşuların köməkliyi ilə Novruzu yerdən qaldırılar. Bundan sonra Natiq Bənövşəni də vurdu. X10 vurmayıb. Sadəcə olaraq Novruz əlinin içi ilə Natiqin maşınına yumruq vumuşdur. Hadisə onun gözünün qarşısında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X4 verdiyi ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə səhər zibil atmağa gedirdi. Həmin vaxt Bənövşədə skamyada oturmuşdur. O, zibili atıb qayıdanda gördü ki, onların arasında mübahisə gedir. Natiq həmin vaxt narahat idi. Natiqin müharibə vaxtı başından xəsarət aldığı üçün ona səs küy olmaz. Həmin vaxt səs küy olan zaman Novruzda hadisə yerinə gəlmişdir. Bənövşə Natiq barəsində kobud ifadə işlədərək Natiqi təhqir etmişdir. Elə bu zaman Novruz Natiqin başından yumruqla vurdu. Bu zaman Natiqin əli Novruzun başına dəydi. Novruz Natiqə təpik atanda ayağı ilişib yerə yıxıldı. Həmin zaman Natiqin epilepsiyası tutdu. Həmin zaman Natiqin maşını məhlədə idi. Novruz əlində ki, ağacla Natiqin maşınını əzməyə başladı. Natiq nə Novruzu nə də ki, Bənövşəyə söyüş söyməyib, onlara qarşı zor tətbiq etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2023-cü tarixli ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya biliyinin 512 saylı rəyindən görünür ki, X1 müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X1 vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi, şahid ifadələri həmçinin ekspert rəyi və iş materialları ilə təkzib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin Şəxs tərəfindən döyülməsi əks olunsa da lakin işdə olan 20 iyul 2023-cü il tarixli Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya biliyinin 512 saylı rəyində bu hal öz təsdiqini tapmamışdır. Belə ki, ekspertin sözü gedən rəyindən görünür ki, X1 müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Eyni zamanda bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Təhqiqat orqanı tərəfindən isə heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu X5 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar