Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-694/2024 17.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilsə də, həmin protokol İXM-in 100.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeydin aparılması protokolda göstərilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilməmişdir. Qeyd edilmiş məlumatlar isə inzibati xəta haqqında protokola baxılması üçün yetərli deyildir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi tarix haqqında məlumatların, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə hüquqları və vəzifələrinin izah edilməsi barədə müvafiq qeydin inzibati xəta haqqında protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması imperativ qaydada göstərilmişdir. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində protokola baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130– cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-694/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-694/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver