Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-695/2021 27.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhər X5 İdarəsinin vəzifəli şəxsinin 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər X5 İdarəsinin vəzifəli şəxsinin 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Bakı şəhər X5 İdarəsinin vəzifəli şəxsinin 25.08.2021ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 07.08.2021 -ci il tarixində axşam saatlarında **- BK-*** dövlət qeydiyyat nişanlı «OPEL ASTRA” minik markalı avtomobili idarə edərkən ona “ASAN Pay” portalı vasitəsilə sms gəlmiş və Bakı şəhəri, Nizami küçəsi, 31 b, Zərgərpalan adlanan ərazidə AR İXM-in 327.2-ci maddəsinin (yolayrıcını keçmə qaydalarının pozulması) tələblərini pozmaqla 60 manat və 3 bal inzibati cərimə olunduğu bildirmişdir. O, həmin ərazidə qeyd edilən qayda pozuntusu etmədiyini, yol hərəkəti qaydalarına əməl etməklə nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. Hətta polis əməkdaşı onu saxlayanda da bildirmişdir ki, o, stop nişanının tələbini pozmuşdur. Lakin ona tərtib olunan inzibati protokol həmin “stop” nişanı ilə bağlı olmasıdır. Eyni zamanda həmin məkanda və həmin zamanda onun inzibati xəta törətməyinin konkret müəyyən edilməsinə dair heç bir video görüntü də olmamışdır. Buna görə də, “ASAN Pay” portalı vasitəsilə rəsmi şikayət edib ki, həmin qayda pozuntusuna dair video görüntü və yaxud da, onun nəqliyyat vasitəsini açıq-aşkar müəyyən edən şəkillər ona göndərilsin. Əgər belə bir görüntü və yaxud da şəkillər varsa, o, heç bir mübahisə etmədən həmin cəriməni ödəməyə hazırdır. Lakin “ASAN PAY” portalından ona heç bir cavab gəlməmiş və onunla əlaqə belə saxlanılmamışdır. Dəfələrlə həmin portalın əməkdaşları ilə telefonla əlaqə saxlasa da, heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra, AR Daxili İşlər Nazirliyinə də müraciət etmiş, bundan sonra onunla əlaqə saxlamışlar və bildirmişlər ki, məsələni araşdırıb ona rəsmi cavab veriləcəkdir. Lakin heç bir rəsmi cavab gəlməmiş və bundan sonra o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 25.08.2021-ci il tarixdə X2 TP4561495 saylı inzibati qərarın surətini rəsmi şəkildə götürmüşdür. Halbuki, həmin qərar indiyə qədər ona təqdim edilməmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Bakı şəhər, X5 İdarəsinin vəzifəli şəxsinin 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barsində qərar çıxarılmış şəxs X3 iştirak etdiyi məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək, inzibati iş üzrə mühüm əhəmiyyətə malik olan bəzi sübutları məhkəməyə təqdim etdi və əlavə olaraq bildirdi ki, o, yolayrıcını keçmə qaydalarını deyil, “stop” nişanı tələbinə əməl etməmə ilə bağlı qaydanı pozmuşdur. Odur ki, Bakı şəhər, X5 İdarəsinin 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Bakı şəhər, X5 İdarəsinin vəzifəli şəxsinin nümayəndəsinə və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, onlar məhkəmə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsi haqqında Bakı şəhər, X5 İdarəsinin 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi əsasıilə ləğv edilməli və yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Bakı şəhər, X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən 25.08.2021-ci il tarixdə verilmiş TP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan görünür ki, yolayrıcını keçmə qaydalarının pozulmasına görə X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsə 16.09.2021-ci il tarixdə saat 11:00-da və 27.09.2021-ci il tarixdə saat 11:20-də keçiriləcək məhkəmə prosesləri barədə məlumat verilmiş və mabahisənin tam, hərtərəfli, obyektiv araşdırılması üçün Təhlükəsiz Şəhər kameralarında 07.08.2021-ci il tarixdə saat 18:30dan 19:30-dək olan videogörüntülərin, habelə inzibati xəta haqqında icraat materiallarının təsdiq edilmiş surətlərinin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilsə də, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nə də inzibati xəta haqqında icraat materiallarının təsdiq edilmiş surətlərini və iş üzrə əhəmiyyəti olan hallara dair sübutlarıməhkəməyə göndəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–348–ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Bakı şəhər X5 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X3 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Bakı şəhər, X5 İdarəsi tərəfindən X3 barəsində 07.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında da X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X1 yolayrıcını keçmə qaydalarını pozduğu göstərilsə də, həmin pozuntunu ifadə edən hallar isə iş materiallarına əlavə edilmiş sənədlərlə və şikayətçinin məhkəməyə təqdim etdiyi materiallarla təkzib olunmuşdur. Belə ki, X3 tərəfindən hansı yol ayrıcını, yəni nizamlanan və yaxud nizamlanmayan yolayrıcını keçmə qaydalarının pozulduğu göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki, inzibati xətanın mahiyyəti, yəni nədə ifadə olunması müəyyən edilməmişdir. Bununla da qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs tərəfindən, X3 barəsində qanun pozuntularına yol verilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin məhkəmə prosesi zamanı müəyyən edildi ki, şikayətçi yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı qayda pozmuşdur. Ona görə də X3 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması sübut olunmadığına və barəsində protokol tərtib edilmiş şəxsin özü isə “stop” dayanmadan keçmək qadağandır nişanının tələblərini pozduğunu etiraf etdiyinə görə qərarı barəsində şikayət verilmiş şəxs inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməmişdir. Belə olan halda X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmir. Bu da onu deməyə əsas verir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsində deyil, həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Həmin Qanunun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.2-ci maddəsində qeyd edilən qanun pozuntusu konkret müəyyən olunmadığından, yəni onun nizamlanan və yaxud nizamlanmayan yolayrıcını keçmə qaydalarını hansı halda pozduğu və həmin pozuntunu törətdiyinə görə təqsirli olması barəsində əsaslı şübhələr olduğundan, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də X1 İnzibati Xətalar Məcəlləsininin məhz 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Halbuki, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə inzibati məsuliyyət İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, X3 avtomobili idarə edərkən dayanmadan keçdiyinə “stop” nişanının tələblərini pozmuş, yəni dayanmalı olduğu halda dayanmamış, lakin onun yolayrıcını keçmə qaydalarını hansı halda pozduğuna dair heç bir faktik məlumat inzibati xəta haqqında qərarda göstərilməmişdir. Bunula da o, İnzibati Xətalar Məcəlləsininin məsuliyyət müəyyən edən 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməməklə qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə nəqliyyat vasitələrinin sürücüləri qırx manat məbləğində cərimə edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X1 inzibati cərimə edilməsinə dair 25.08.2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq ediməməsinə görə ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Bakı şəhər, X5 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 İnzibati Xətalar Məcəlləsinin məhz 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində daha yüksək cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 34.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir Məhkəmə, həmçinin qeyd edir ki, X3 AR İXM-nin 327.1-ci maddəsi ilə müəyyən edən hüquq normalarının tələblərini pozduğundan həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirlidir. Hazırda qərardan barəsində qərar qəbul edilmiş şəxs tərəfindən şikayət verildiyinə, İXM-in 327.1-ci maddəsi həmin Məcəllənin 327.2-ci maddəsinə münasibətdə barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini yüngülləşdirdiydən, həmçinin vəzifəli şəxs şikayət, prokuror isə protest vermədiyinə görə onun barəsində yeni qərar qəbul edilməsi qanuni və əsaslıdır. Ona görə də inzibati xəta haqqında iş üzrə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər X5 İdarəsinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 25.08.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsinə görə ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilsin. X3 tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinə tapşırılsın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-695/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-695/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver