Məhkəmə qərarları › İş №3(051)-697/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-697/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-697/2021 03.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar: X4, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, 31 avqust 2021-ci il tarixdə borclu Kərimov X2 şəhər İcra və Probasiya Şöbəsinə dəvəMingəçevir Şəhər Məhkəməsinin 2(051)- 744/2020 saylı qətnaməsini icra etmədiyi məlum olmuşdur. Borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-744/2020 saylı, 12 iyun 2020-ci il tarixli icra sənədi ilə 30000 manat pul və 30 manat dövlət rüsumu alınıb X5 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı tələbkar X6 izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-744/2020 saylı, 12 iyun 2020-ci il tarixli icra sənədi ilə 30000 manat pul və 30 manat dövlət rüsumu alınıb X5 verilməsi qət edilmişdir. Lakin borclu borclu olduğu pulu ödəmək öhdəliyindən yayınırdı. Hazırda isə borclu borcunu aylıq 500 manat verməklə ödəməyi təklif etmiş, o isə öz növbəsində onun təklifini qəbul etmişdir. Borclu ilə razılığa gəlmişlər. Məhkəmədən icraatda olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-744/2020 saylı, 12 iyun 2020-ci il tarixli icra sənədi ilə 30000 manat pul və 30 manat dövlət rüsumu alınıb X5 verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti 30000 manat kimi yüksək bir məbləği ödəməyə kifayət etmədiyindən borcunu ödəyə bilməmişdir. Tələbkarla borcunu aylıq 500 manat olmaqla hissə-hissə ödəməyə razılaşmışlar. Ona görə də məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Məhkəməsinin 12 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-744/2020 saylı, 12 iyun 2020ci il tarixli icra sənədi ilə 30000 manat pul və 30 manat dövlət rüsumu alınıb X5 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 22 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər icra məmuru X3 22 iyul 2020-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-744/2020 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 22 iyun 2020-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 22 iyun 2020-ci il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 2(051)-744/2020 saylı icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş 24 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclunun borcunu bir dəfəyə ödəməyə maddi imkanı olmamışdır. Hal-hazırda borcunu hər ay 500 manat olmaqla ödəyə biləcəyini göstərmişdir. Tələbkar isə bununla razılaşaraq borclunun borcunu hər ay 500 manat olmaqla ödəməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclas zamanı borcdan 500 manat tərəflərin razılığı ödənilmişdir. Bu da ona əsas verir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Lakin icra məmuru bu halları araşdırmadan onun tələbini borclu tərəfindən qəsdən olmaması araşdırılmadan məhkəməyə təqdimat vermişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar