Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-697/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 23 iyul 2024-cü il tarixli icra qeydinə əsasən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-538/2024 saylı icra sənədinə və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)- 663/2024 saylı icra sənədinə əsasən qeyd olunan icra sənədləri üzrə borc Şəxs tərəfindən ödənilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda 14520,4 manat manat borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun hər üç icra sənədi üzrə cəmi 14520,4 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı qərarından hazırda apelyasiya şikayəti verilmişdir. X9 920 manat borcu qalmış, həmin borcu da qısa müddətdə ödəyəcəkdir. Digər tələbkar Anar Əhmədova isə cəmi 1350 manat borcu qalmışdır. Həmin borcu da qısa müddətdə ödəyəcəyinə söz verir. X2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclunun xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ona xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 8i-15590 saylı kredit müqaviləsinə əsasən 8200 manat və ödənilmiş 25 manat dövlət rüsumunu tutulub ona verilməsi qərara alınmışdır. Hazırda isə 2000 manat ödənilməmiş borcu qalmışdır. O, borcunu ödəməkdən qəsdən boyun qaçırır. Borcunun hissə-hissə ödənilməsinə və vaxt verilməsinə razı deyil. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkarlar Zərərçəkmiş şəxs və X6 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan 23 iyul 2024-cü il tarixli icra qeydindən görünür ki, Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 8i- 15590 kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş, 8200 manat və 25 manat ödənilmiş dövlət rüsumunun Şəxs tutulub X4 ödənilməsi qeyd olunmuşdur. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 8i-15590 saylı kredit müqaviləsi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2021ci il tarixdə rəsmiləşdirilmiş 8i-15590 saylı kredit müqaviləsi üzrə icra sənədlərində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-538/2024 saylı icra sənədindən görünür ki, Şəxs 4000 manat məbləğində pul alınıb X5 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-538/2024 saylı iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-538/2024 saylı icra sənədi üzrə icra sənədlərində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı icra sənədindən görünür ki, Şəxs 2200 manat məbləğində pul və 35,40 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı icra sənədi üzrə icra sənədlərində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 8i-15590 kredit müqaviləsi, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-538/2024 saylı və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-663/2024 saylı icra sənədləri üzrə ümumilikdə 14520,4 manat pul borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 21 oktyabr 2024-cü il tarixdən saat 16:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-697/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-697/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver