Məhkəmə qərarları › İş №3(051)-698/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-698/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-698/2021 30.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 211.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29.08.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhərinin Xətai küçəsində fəaliyyət göstərən “Çempion” çay evində qəlyan çəkmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–nin 211.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, 29.08.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhərinin Xətai küçəsində fəaliyyət göstərən “Çempion” çay evində şəxsi istehlak məqsədi ilə qəlyandan istifadə edən zaman Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etmədiyi müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları onu Mingəçevir Şəhər Polis Şöbəsinə gətirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşimandır, Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPXB-nin polis nəfəri Ruslan Mehtiyev ifadəsində göstərdi ki, 29.08.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhərinin Xətai küçəsində fəaliyyət göstərən “Çempion” çay evində Şəxs şəxsi istehlak məqsədi ilə qəlyandan istifadə edərək ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Həmin şəxs tərəfimizdən ŞPŞ-yə dəvət edildi və barəsində inzibati xəta haqqında protokol tərtib edildi. İşə əlavə edilmiş 29.08.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29.08.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhərinin Xətai küçəsində fəaliyyət göstərən “Çempion” çay evində qəlyan çəkərək ölkə ərazisində mövcud olan xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İşə əlavə edilmiş 29.08.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29.08.2021-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Mingəçevir ŞPŞ-in İnzibati tənbeh vermə haqqında 15.08.2021-ci il tarixli ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM–nin 211.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş 16.01.2010-cu il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, Şəxs 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Talış, Füzuli, Şuşa, Ağdərə və Tərtər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 29.08.2021–ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhərinin Xətai küçəsində fəaliyyət göstərən “Çempion” çay evində qəlyan çəkərək ölkə ərazisində mövcud olan xüsusi karantin rejimi qaydalarını pozmuqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilir ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli qərarının 1.2.2-ci bəndinə əsasən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:0-dan 09:00-dək yerində xidmət dayandırılmış, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, həmçinin onun X1 iştirak edərək işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi şücaətini, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi zamanı onun həbsdə olması nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh maddənin sanksiyasında göstərilən məbləğin dörddə üçü həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad olunsun. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar