Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-698/2023 31.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı X1, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 206-cı maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuşdur. Mingəçevir ŞPŞ-nin əməkdaşı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb və narkotik vasitə olan heroindən istifadə edib. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, təqsirini etiraf edir. Həqiqətən, narkotik vasitələrdən istifadə edir. Etdiyi əməldən peşmandır. Odur ki, ona tənbeh tətbiq təyin edilərkən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Mingəçevir şəhərində H.Z.Tağıyev küçəsində yerləşən şəhid bulağının qarşısında xidmətdə olan zaman, bir nəfər şəxsin ünvansız söyüşlər söydüyünü görərək həmin şəxsə yaxınlaşdılar və özlərini təqdim edərək nizam intizama dəvət etdilər. Həmin şəxsin şəxsiyyəti sonradan məlum olan Şəxs onların polis olduqlarını bilərək, qəsdən qanuni tələblərinə tabe olmadı və öz hərəkətlərini davam etdirdi. Onlar həmin şəxsi tərəfindən polis şöbəsinə gətirdilər. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı X2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bird aha təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 18:00-dan hesablanmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı həmçinin onun şəxsiyyətinin yəni, narkomaniyadan xəstəliyindən əzab çəkməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materialında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli 1426 nömrəli rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Odur ki, Məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məcburi müalicə Şəxs həbs müddəti başa çatdıqdan sonra icra edilməlidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə Şəxs həbs müddəti başa çatdıqdan sonra icra edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-698/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-698/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver