Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-699/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax rayonu Hüruşağı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri, K.Hüseynov küçəsində sərxoş vəziyyətdə idarə etdiyi “Nissan pathfinder” markalı **-MK- *** nömrəli avtomobillə “Chevrolet Cruze” markalı **-SY-*** nömrə nişanlı avtomobilə toqquşub zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X1 protokola uyğun izahat verdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 20:30 radələrində əmisi oğlu Bəhruza məxsus “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobili, Bəhruza demədən dəniz çimərliyindən götürüb qonaqları gəldiyi üçün onlarla görüşmək məqsədilə Mingəçevir şəhərinə getmişdir. O dostları ilə görüşüb spirtli içki gəbul edib. Spirtli içki gəbul etməsinə baxmayaraq əmisi oğlu Bəhruza məxsus “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobili Mingəçevir şəhər K.Hüseynov küçəsi ilə Samux küçəsi istiqamətində idarə edərək düzünə hərəkətdə olan zaman özündən asılı olmayaraq döngədə qarşı hərəkət zolağına çıxmışdır. Həmin vaxt qarşı hərəkət zolağında düzünə hərəkətdə olan “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobilin gəldiyini gec gördüyündən o, idarə etdiyi “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobili saxlayabilməyib “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobilin sol yan hissəsindən üzərinə getmişdir. Nəticədə, “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobilin sol yan hissəsinə, sol arxa qapısına, qanadına, diski təkərinə və onun idarə etdiyi “Nissan pathfinder” markalı **- MK-*** nömrəli avtomobilin sol qabaq hissəsinə, işıq cihazı, buferi, sol qabaq qanadı dəyərək toqquşmuşdur.Toqquşmanın təsirindən o idarə etməsini itirib “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobilin hərəkətdə olan yolun sağ hissəsində FHN-nə məxsus daş hasara dəyərək yenidən toqquşmuşdur. Nəticədə, maddi ziyan ilə nəticələn yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhər K.Hüseynov küçəsi ilə Samux küçəsi istiqamətində idarə etdiyi “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobillə düzünə hərəkətdə olan zaman, qarşı hərəkət zolağında hərəkətdə olan “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobilin sürücüsü qabaq hissədə üzərinə geldiyini görüb idarə etdiyi “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobili sağa çəkmişdir. O idarə etdiyi avtomobili yenidən nə qədər sağa çəksə də “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobil sol yan hissəsindən üzərinə gəlmişdir. Nəticədə, idarə etdiyi “Chevrolet cruze” markalı **-SY-*** nömrəli avtomobilin sol yan hissəsinə, sol arxa qapısına, qanadına, diski təkərinə və “Nissan pathfinder” markalı **- MK-*** nömrəli avtomobilin sol qabaq hissəsinə, işıq cihazı, buferi, sol qabaq qanadı dəyərək toqquşmuşdur. Toqquşmanın təsirindən “Nissan pathfinder” markalı **-MK-*** nömrəli avtomobilin sürücüsü avtomobilin idarə etməsini itirib onun avtomobili hərəkətdə olan yolun sağ hissəsində FHN-nə məxsus daş hasara dəyərək yenidən toqquşmuşdur. Toqquşma nəticəsində heç kəs xəsarət almadı. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edilərək ifadəsində göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Digər zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs2 izahatından görünür ki, əmisi oğlu Şəxs və ya digər şəxslərdən şikayəti və tələbi yoxdur. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri, K.Hüseynov küçəsi Dəniz yolunda **-MK-*** nömrəli avtomobilli sərxoş vəziyyətdə idarə edərək “Chevrolet cruze” markalı **-SY-*** nömrə nişanlı avtomobilə toqquşub zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1417 saylı aktdan görünür ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, Chevrolet cruze” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobilə 4416 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40 radələrində Mingəçevir şəhəri, K.Hüseynov küçəsi Dəniz yolunda **-MK-*** nömrəli avtomobilli sərxoş vəziyyətdə idarə edərək “Chevrolet cruze” markalı **-SY-*** nömrə nişanlı avtomobilə toqquşub zərərçəkmiş şəxsə maddi zərər vurmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla əlavə, cərimə növündə isə əsas inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-699/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-699/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver