Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-7/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Elza Cəbrayılzadə Vaqif qızı, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs işitrakları ilə, xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs qızı barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyən etdim: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə nənəsi Kifayət İbrahimova ona Gülşənin ondan 700 manat pul götürdüyünü və qaytarmadığını bildirmişdir. Bu səbəbdən o, Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş və sonuncudan nə üçün nənəsinin pulunu qaytarmadığını sorunçmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış və Gülşən və oğlu Mustafa ona qarşı kobud sözlər işlətmişdir və onu təhqir etmişlər. Lakin o, Gülşənə qarşı heç bir fiziki hərəkət etməmiş, əksinə Gülşən ona nalayiq ifadələr işlətmiş və söyərək onu təhqir etmişdir. Onun heç bir günahı yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvanda gələrək heç bir səbəb olmadan oğlu Mustafaya və ona kobud sözlər demiş, onları təhqir etmiş, həmçinin onun saçından tuturaq yolmuş və onu döymüşdür. Daha sonra Zakir yerdən götürdüyü daş parçası ilə onun sol buduna və sağ baldırına vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada əlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclası zamanı Mingəçevir ŞPŞ-nin polis rəisi X1 protokola uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün sayılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 667 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol baldırında və sağ budunda qançırlar küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyməsinda cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmassının rədd edilməsi haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan 31 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi iş materialları ilə təkzib edilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı hər hansı sübut olmadığından bu fakt öz təsdiqini tapmır. Bundan əlavə Mingəçevir şəhər polis şöbəsinin təhqiqatçısı Elşən Şükürovun 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadn da görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə o, nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-7/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-7/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver