Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-700/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Rövşən oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs və X1 iştirakı ilə xx.xx.2003-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Mingəçevir şəhəri, M.Fərruxov küçəsi ev 34A qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «VAZ 21063» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes Benz E200» markalı ** KP *** nömrəli avtomaşına vuraraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamda tam təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə Kür çayı istiqamətində idarə etdiyi «VAZ 21063» markalı avtomobillə düzünə hərəkətdə olan zaman Ə.Vahid küçəsinin kəsişməsində svetaforun qırmızı işığında qarşıda «VAZ 21074» markalı, ** LJ *** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Lakin «Mersedes Benz E200» markalı ** KP *** nömrəli avtomaşının həmin avtomaşının arxasında dayandığını gec görmüşdür. Bu səbəbdən idarə etdiyi avtomobili saxlaya bilməyib dayanmış vəziyyətdə olan «Mersedes Benz E200» markalı ** KP *** nömrəli avtomobilin arxa sol hissəsinə vurmuşdur. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində ona məxsus «Mersedes Benz E200» markalı ** KP *** nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə düzünə hərəkətdə olan zaman Ə.Vahid küçəsinin kəsişməsində svetaforun qırmızı işığında qarşısında «VAZ 21074» markalı, ** LJ *** nömrəli avtomobilin dayandığını görüb avtomaşını həmin avtomobilin arxasında saxlamışdır. Həmin vaxt arxadan gələn «VAZ 21063» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobilini saxlaya bilməyib, onun idarə etdiyi avtomobilin arxa sol hissəsindən vurmuşdur. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Hadisədən əvvəl ona məxsus avtomobildə hər hansı nazaslıq olmamışdır. Onun inzibati xəta törətmiş şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində ona məxsus «VAZ 21074» markalı, ** LJ *** nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə düzünə hərəkətdə olan zaman Ə.Vahid küçəsinin kəsişməsində svetaforun qırmızı işığında arxadan «Mersedes Benz E200» markalı ** KP *** nömrə nişanlı avtomobilin gəldiyini görüb, idarə etdiyi avtomobilin sürətini azaltmışdır. Həmin vaxt avtomobilin arxasına dəyən tappıltı səsi eşitmişdir. Maşından düşüb baxdıqda arxadan gələn «VAZ 21063» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi ilə «Mersedes Benz E200» markalı ** KP *** nömrə nişanlı avtomobilin arxa sol hissəsinə dəyməsini, həmin avtomobilin isə onun idarə etdiyi avtomaşının arxa hissəsinə dəydiyini görmüşdür. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Onun avtomobilinə də maddi ziyan dəymişdir.Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli 1413 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, «Mersedes Benz E200» markalı ** KP *** nömrə nişanlı avtomobilə 3060 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «VAZ 21063» markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes Benz E200» markalı ** KP *** nömrəli avtomaşına vuraraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, gənc olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin yaşının 65-dən yuxarıolmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Belə ki, AR İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-700/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-700/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver