Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-701/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində qərar çıxarılmış: X3 və qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər İcra Hakmiyyətinin nümayəndəsi X5 iştirakı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2022ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X5 13 oktyabr 2022-ci il tarixli qərarı ilə mən Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişəm. Lakin mən həmin qərarla razı deyildir. Belə ki, Mingəçevir şəhərinin C.Əliyev küçəsində yerləşən 1 saylı evin 31 saylı mənzili mənim mülkiyyətimdədir. Həmin mənzili 2022- ci ilin aprel ayında "xxxx" ASC-dən ipoteka yolu ilə almışam. Bundan sonra mənzilimin eyvanının pəncərəsi və yerləşdiyi çərçivə köhnə vəziyyətdə olduğu üçün onu yenisi ilə əvəz etmək qərarına gəldim. Bundan sonra həmin hissədə təmir işləri görməyə başladım. Lakin, həmin vaxt sahə müvəkkili X9 mənzilimə gələrək eyvanın pəncərəsinin dəyişdirə bilməyim üçün məndən rüşvət tələb etdi. Lakin, mən həmin vaxt sahə müvəkkili Elnur Bayramova pul vermədim və bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat verdim. Elə buna görə də Elnur Bayramov tez-tələsik bu barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinə məlumat verdi. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X10 isə heç bir araşdırma aparmadan barəmdə 13 oktyabr 2022-ci il tarixli qərar qəbul etmişdir. Qərar qəbul olunan vaxt mənim iştirakım təmin olunmamışdır. Hesab edirəm ki. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Mahir Əliyevin barəmdə qəbul etdiyi qərar tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsinin tələbinə görə Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqaıwtııt yaratdığı quraman icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsində eyvanın təmiri üçün icazə nəzərdə tutulmamışdır. Bundan başqa demək olar ki, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsində yerləşən 31 saylı binanın bütün yaşavışçıları və Mingəçevir şəhərində yerləşən binaların yaşayışçılarının çoxu eyvanlarını təmir etdiriblər. Belə çıxır ki, onda bütün şəxslər tikintiyə icazə almalıydılar. Lakin, bir daha bildirirəm ki, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsində eyvanın təmiri üçün icazə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmədən xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər İcra Hakmiyyətinin nümayəndəsi X10 məhkəmə iclasında inzibati xəta haqqında qərarın dəlillərini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, X7 03 oktyabr 2022-ci il tarixdə özünə məxsus C.Əliyev küçəsi ev 1 mənzil 31 ünvanda öz başına yenidən quraşdırma işləri aparmışdır. Bununla da X2 Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində xx.xx.2022-ci il tarixdə İXM-nın 395.2-ci madəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunidir və əsaslıdır Ona görə də ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (beş min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən araşdırılması üçün vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olmasını və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, heç bir zəruri araşdırma aparmadan, X7 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X3 özbaşına tikinti işlərinin aparılması fəaliyyət ilə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, bu barədə hər hansı əsaslı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda Mingəçevir şəhər İcra Hakimiyyətinin icazəsi olmadan mənzilinin eyvanının pəncərəsi və yerləşdiyi çərçivənin yenisi ilə əvəz olunması göstərilmişdir. Azərbaycan Respublikası İXM-nın 395.2-ci maddəsinin tələbinə görə Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqaıwtııt yaratdığı quraman icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsində eyvanın təmiri üçün icazə nəzərdə tutulmamışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən faktlar deyil, ehtimallar əsas götürülmüşdür. Hansı ki, inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X7 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Ona görə də görə də məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 395.2-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar tam yoxlanılmamışdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarı inzibati xəta hadissəsi tam araşdırılmadığı üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi X3 İnzibati Xətalar Məcəlləsinin məhz 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, həmçinin inzibati xətanın onun tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələri nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 395.2-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Mingəçevir şəhər İcra Hakmiyyətinin xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakmiyyətinin xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseyno
Məhkəmə qərarları › İş №3(051)-701/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-701/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver