Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-701/2023 04.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir Şəhər polis şöbəsinin nümayəndəsi polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə 23:40 radələrində ünvan 3 ünvanda yerləşən mənzilə daxil olaraq X4 nalayiq ifadələrlə söyüb təhqir etməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə 23:40 radələrində ünvan 3 ünvanda yerləşən mənzilə daxil olaraq X4 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan sonra zərərçəkmiş şəxsin şikayəti əsasında Şəxs aşkar edilərək inzibati məsuliyyətə cəlb edilərək Mingəçevir şəhər polis şöbəsinə gətirilmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, hadisəni törədən vaxt çox miqdarda spirtli içki qəbul etmişdir. Hadisəni törədən vaxt özündə olmamışdır. Mənzilə girməsinin heç bir səbəbi olmamışdır. Sadəcə olaraq spirtli içkinin təsirində olduğu üçün törətdiyi hadisənin fərqində olmamışdır. Polis işçiləri onu hadisədən iyirmi dəqiqə sonra evində yatarkən tapmışlar. Əməlindən peşmandır. Peşman olduğunu səmimi etiraf etdi və bir də belə bir hərəkətə yol verməyəcəyinə söz verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərdi ki, o, İsmayılı sadəcə bir qonşu kimi tanıyır. Onunla heç bir yaxın əlaqəsi olmayıb. Onlar gecə saat on ikinin yarısı idi ki, uşaqları ilə evdə idi. Bu zaman gördü ki, evdə yad adam var. Sonra gördü ki, evə girən qonşusu İsmayıldır. Qapını bərkdən tutdu ki içəri daxil olmasın, lakin o, qapını bərkdən itələyərək evə daxil oldu. Bundan sonra qonşuları köməyə çağırmaq üçün ucadan səs-küy salmışdır. İsmayıl evə arxa pəncərədən yəni eyvandan daxil olmuşdur. O, sonra polisə zəng vurdu. Hadisədən çox sarsıntı keçirib. Şəxs barəsində ən sərt və ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, eləcə də, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə 23:40 radələrində ünvan 3 ünvanda yerləşən mənzilə daxil olaraq X4 nalayiq ifadələrlə söyüb təhqir etməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Göründüyü kimi Mingəçevir Şəhər Polis Şöbəsinin protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta materiallarında mənzildə yaşayanın iradəsi ziddinə qanunsuz mənzilə daxil olma cinayətinin əlamətlərinin olub–olmamasının araşdırılması məqsədilə hazırki inzibati xəta haqqında işə baxılmasına xitam verilməli və materiallar aidiyyəti üzrə Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə törədilmiş əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2011-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-701/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-701/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver