Məhkəmə qərarları › İş №3(051)-702/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-702/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-702/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də baş mühəndis işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəki Apelyasiya Məhkəməsinin 2(051)-1856/2020 №li 18.11.2020-ci il tarixli icra sənədi ilə Şəxs 19180 manat tələbkar X2 pulu ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(051)-1856/2020 №li 18.11.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 19180 manat pul alınıb tələbkar X2 verilməlidir. Hazırda işləyir. Borcunu ödəyəcəkdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs (tələbkar) X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(051)-1856/2020 №li 18.11.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 19180 manat pulun alınıb ona veriləlidir. Lakin borclu bu vaxtadək heç bir ödəniş etməmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş etdi. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki Şəki Apelyasiya Məhkəməsinin 2(051)-1856/2020 №li 18.11.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 19180 manat pulun alınıb tələbkar X2 verilməlidir. Borclu Şəxs icra sənədinin icra etməməsinin hüquqi nəticələri dəfələrlə izah edilmiş, lakin o, bu vaxtadək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədini icra etməkdən boyun qaçırdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar