Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-702/2022 26.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında EP ******* saylı,11 oktyabr 2022-ci il tarixli protokola görə, Şəxs MMC 25 sentyabr 2020-ci il tarixdə 12858.29 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçsə də, 12858.29 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı, hüquqi şəxsin nümayəndəsinin izahatı, hüquqi şəxsin nümayəndəsinin imzası qeyd edilməmiş, hüquq və vəzifələrin izahı barədə də imzalar qeyd edilməmiş, protokolun surətinin alınması vaxtı da protokolu tərtib edən şəxs tərəfindən qeyd edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-702/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-702/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver