Məhkəmə qərarları › İş №3(051)-703/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-703/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-703/2022 10.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-nin nümayəndəsi X10, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci və 215.4-cü maddələri ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 tərəfindən ünvan 1 ünvanda yerləşən Şəxsdə planlı YOXlama zamanı tibb bacısı X1 tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar olunmuşdur. Ona görə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” publik hüquqi şəxsinin mütəxəssisi, inzibati xəta haqqında protokolu tərtib etmiş X12 məhkəmə iclasında izahatında Şəxs-də planlı YOXlama zamanı tibb bacısı X1 tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunmasının aşkar olunduğunu, ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-nin nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tibb bacısı X6, həmçinin, dövlət xəstəxanasında da işləyir. Ona görə də elə düşünüblər ki, Şəhla Baloğlanovanın sertifikasiyası həmin dövlət xəstəxanası tərəfindən aparılmışdır, yenidən sertifikasiyanın aparılmasına ehtiyac YOXdur. Şəhla Baloğlanova klinikada əmək müqaviləsi üzrə tibb bacısı işləyirdi. X8 işdən çıxarılmışdır. Həqiqətən də, Şəxs-də lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti ilə məşğul olunubdur. Maddi vəziyyətini nəzərə alaraq MMC-ni maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə olunmasını xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən Şəxs-də planlı YOXlama zamanı tibb bacısı X1 tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Bu fakt Səhiyyə Nazirliyi X7nin 28 sentyabr 2022-ci il tarixli 500 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) YOXlama aktı ilə təsdiq edilir. Qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. İnzibati materiala əlavə olunmuş Səhiyyə Nazirliyi X7nin əməkdaşları və Şəxs-nin direktoru X4 iştirakı ilə tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli 500 nömrəli özəl tibb müəssisəsinin planlı (növbəti) YOXlama aktında göstərilir ki, tibb bacısı X2 imtahanından keçmədən praktiki tibb fəaliyyəti ilə məşğul olur. Müəssisədə lisenziyadan kənar iş fəaliyyəti aparılır. İşə əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, X3 tibb bacısı kimi işləyir. İşdə olan MN ******* nömrəli 28 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs-də planlı YOXlama zamanı tibb bacısı X5 MMC-də sertifikatsız tibb fəaliyyəti ilə, eləcə də lisenziyadan kənar iş fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci və 215.4-cü maddələrinin tərkibi vardır və həmin maddələrlə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsində göstərilir ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının YOXlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs-nin barəsində inzibati cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 215.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar